Modern.az

Karantin həkimindən polislərə çağırış: “Sənədlər təmas edilmədən yoxlanılmalıdır”

Karantin həkimindən polislərə çağırış: “Sənədlər təmas edilmədən yoxlanılmalıdır”

Aktual

8 Aprel 2020, 13:48

"Təcili şəkildə bütün polislərimiz təlimatlandırılmalıdır. Onlar da bizim həkimlərimiz kimi risk qrupundadırlar".

 

Modern.az xəbər verir ki, bunu hazırda karantin xəstəxanasının həkimi, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib.

 

"Vətəndaşların sənədlərini yoxlayarkən, sənədləri əllərinə götürüb baxırlar, gün ərzində bəlkə bir polis nəfəri 100-lərlə insanın sənədlərinə təmas edir, beləliklə bir sənəddən virusu götürüb özü də bilmədən digərlərinə yoluxdura bilər. Sənədlər təmas edilmədən yoxlanılmalıdır, bu, həm polisləri, həm də digər vətəndaşları qoruyar", - deyə Aydın Əliyev bildirib.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü