Modern.az

Azərbaycanda həkim koronavirusa YOLUXDU

Azərbaycanda həkim koronavirusa YOLUXDU

Aktual

8 Aprel 2020, 18:11

“Tibb işçiləri arasında da koronavirusa yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında baş verən yoluxma nəticəsində 1 xəstəmiz var”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


R.Bayramlının sözlərinə görə, qalanları digər tibb müəssiələrində çalışan işçilərdir:


“Bu risklər daim tibb işçilərimizi gözləyir. Riskli halları idarə edirik. Amma bu hallar mövcuddur. Dünyada səhiyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə bizdə koronavirusa yoluxan həkimlərin, tibb işçilərinin sayı olduqca azdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü