Modern.az

Azərbaycanlılar artır, ermənilər azalır...

Azərbaycanlılar artır, ermənilər azalır...

Aktual

29 Aprel 2020, 20:42

Gürcüstanda demoqrafik vəziyyət gərgin olaraq qalır.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə ümumilikdə, 48 296 körpə doğulub. Bu göstərici 2018-ci ildə 51 138 nəfər təşkil etmişdi. Ölüm halları isə 46 524 nəfərdən 46 659 nəfər qədər artıb.

Əhalinin azalması ölkənin əksər regionlarında müşahidə olunsa da, azərbaycanlıların çoxluq təşkil etdiyi Kvemo-Kartli regionunda doğum halları ölüm hallarını üstələyib.  


Kvemo-Kartli regionunda 2019-cu ildə 5845 körpə doğulub. Bu 2018-ci illə müqayisədə 334 körpə azdır. Ölüm halları isə 153 nəfər azalaraq 4372 nəfərə düşüb. Bununla da, müsbət artım saldosu 1473 nəfər təşkil edib.

Kvemo-Kartli regionunda 2014-cü ilin siyahıyaalmasına görə, 423 986 nəfər yaşayır. Onların 41,3%-i yaxud 177 032 nəfəri milliyətcə azərbaycanlıdır. Bundan başqa, azərbaycanlıların kompakt yaşadığı yaşayış məntəqələri Kaxetiya, Tbilisi və Şido-Kartli regionlarında da mövcuddur.



Ermənilərin çoxluq təşkil etdikləri Samtsxe-Cavaxetiya regionunda isə vəziyyət ağırdır. Belə ki, ağır sosial-iqtisadi sıxıntılar içində yaşayan regionda ölüm, boşanma halları artıb, doğum və nikah sayı isə azalıb. Belə ki, 2019-cu ildə regionda 1904 uşaq doğulub. Bu 2018-ci illə müqayisədə 203 körpə az deməkdir. Regiondakı ölüm halları isə 2018-ci illə müqayisədə 18 nəfər artaraq 1945 nəfər çatıb.

Bundan başqa, doğum halları stabil (921) qalsa da, boşanma halları artaraq 235-ə çatıb.


Xatırladaq ki, Samtsxe-Cavaxetiyada 2014-cü ilin siyahıyalanmasına görə, 160 504 sakin yaşayır. Onlardan 50,52%-i, yaxud 81 089 nəfəri milliyətcə ermənidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü