Modern.az

Hafiz Hacıyev saçını evdə qırxdırmağa PEŞMAN OLDU

Hafiz Hacıyev saçını evdə qırxdırmağa PEŞMAN OLDU

Aktual

1 May 2020, 15:42

“Saçımı bir dəfə evdə düzəltdirdim, peşman oldum”.

 

Bunu Modern.az-a bərbərxanaların açılmamasından danışarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H. Hacıyev qeyd edib ki, əksər kişilər kimi, o da bərbərxanaların bağlı olmasından əziyyət çəkir:

 

“Açığı bir dəfə saçımı evdə düzəltdirdim. Çox biədəb bir şəkildə alındı. Bərbərin evinə gedə bilmirəm, nə də onu evə gətirə bilirəm. Ona görə də  yaxşı olardı ki, bərbərxanalar açılsın. Burada təhlükəli məqam görmürəm. Biz özümüz də əziyyət çəkirik. Saçımızı düzəltdirə bilmirik. Biabırçılıqdır. Xüsusi qaydalar tətbiq etməklə, gigiyena qaydalarını gücləndirməklə növbəlilik prinsipi ilə bərbərxanaların açılması yaxşı olardı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı