Modern.az

Bu il Prezident təqaüdü alacaq yazıçı və şairlərin adları nazirliyə göndərildi

Bu il Prezident təqaüdü alacaq yazıçı və şairlərin adları nazirliyə göndərildi

Ədəbi̇yyat

9 May 2020, 10:33

“2020-2021-ci illərdə Prezident təqaüdü alacaq yazıçı və şairlərin siyahısı hazırdır. Azərbaycan Yazıçılar Birliyi siyahını artıq Mədəniyyət Nazirliyinə göndərib”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza deyib. AYB sözçsü bildirib ki, ənənəyə sadiq qalaraq qurum bu dəfə də 70 nəfərlik siyahı hazırlayıb: “Prezident təqaüdü alacaq yazıçı və şairlərdən 50 nəfəri yaşlı və orta, 20 nəfər isə gənc nəslin nümayəndəsidir. Əslində biz əvvəlki illərdə təqaüd alanların da adlarını yenidən siyahıya əlavə edə bilərik. Hətta siyahını təkrar təqdim etmək də mümkündür. Amma növbətçilik prinsipi pozulmaması, ədalətlilik prinsipinin qorunması, bütün üzvlərin təqaüddən yararlanması üçün siyahıya əvvəllər adları olmayanların adları daxil edilib”.

 

Qeyd edək ki, gənc yazarlar üçün prezident təqaüdü 200, yaşlı nəsl şair və yazıçılar üçün 300 manat müəyyən olunub. Təqaüdün müddəti bir ildir.

 

Tural Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü