Modern.az

Pandemiya fonunda ulduzu parlayan siyasətçilər...

Pandemiya fonunda ulduzu parlayan siyasətçilər...

Dünya

11 May 2020, 12:58

Dünyanı saran koronavirus pandemiyası fonunda əksər ölkələrdə yerli hökumətlərin, dövlət rəhbərlərinin reytinqi yüksəlir, müxalifət isə populyarlığını itirir.

 

Modern.az xəbər verir ki, dünyanı dəyişən pandemiya siyasətçilərin obrazına, fəaliyyətinə və planlarına da korrektlər edib.


Məsələn, siyasi kareyrasını 2021-ci ildə bitirməyi planlaşdıran Angela Merkel buna ən yaxşı misaldır. 2017-ci ildə parlament seçkiləri zamanı onun başçılıq etdiyi koalisiya 33% səs toplayaraq, 1949-cu ildən bəri ən aşağı nəticə nümayiş etdirdi. 2018-ci ildə partiya sədri postunu tərk edən xanım siyasətçi 2021-ci ildə kanserliyə namizədliyini irəli sürməyəcəyini açıqladı. Partiyada onun varisinin müəyyən olunması üçün axtarışlar başlamışdı.

Amma pandemiya fonunda effektiv qərarlar verən Angela Merkel populyarlığının yeni dönəmini yaşayır. Almaniya mətbuatı onu gündəlik rəngsiz siyasi həyat üçün deyil, ağır böhranlarla mübarizə üçün yaradıldığını qeyd edir.

 

“Forschungsgruppe Wahlen” təşkilatı mart ayında Merkelin reytinqinin 11% artaraq 79%-ə çatdığını elan edib. Ölkədə 162 min yoluxma fonunda 6467 ölüm halı var. Ölüm halları Böyük Britaniya və Fransa ilə müqayisədə 4 dəfə azdır. Çoxları bunu xanım siyastçinin effektiv idarəçiliyi ilə əlaqələndirir. Belə ki, ölkədə koronavirus testinin yaradılmasına hələ yanvarın ortalarında – hələ COVID-19 Çin sərhədlərini tərk etməzdən qabaq başlanılıb. Almaniyada gündəlik 50 min test keçirilir. Bununla yanaşı, xanım siyasətçi ekspert və virusoloqların məsləhətlərinə də diqqətlə qulaq asır. 

Virusologiya İnstitutunun direktoru Şarite Kristian Drosten onun köməkçisidir.


Fransa lideri Emmanuel Makron da reytinqinin yüksəlməösi ilə öyünə bilər. 2018-ci ilin sonunda ölkədə “sarı jiletlilər”in etirazı fonunda onun reytniqi ən aşağı göstəriciyə - 25%-ə düşmüşdü. Amma pandemiya siyasətçiyə “ikinci nəfəs” verdi. Fevral ayı ilə müqayisədə Makronun reytinqi 14% artaraq 51%-ə çatıb. Bu onun aprelin 13-dı xalqa müraciəti ilə bağlıdır. Karantin tədbirlərinin mayın 11-nə qədər uzadıldığını elan edən çıxış ona məşhurluq gətirib.

 

Ən çox insan ölümlərinin qeydə alındığı ölkələrdən sayılan İtaliyada (27 682) isə baş nazir Cüzeppe Kontenin reytinqi artıb. Hazırda siyasətçini rekord həddə - 71% italiyalı dəstəkləyir. Onun böhran şəraitində bir-biri ilə barışmaz rəqib olan “Beş ulduz hərəkatı” və “Demokratik partiya” arasında koalisiyanı qoruya bilməsi vətəndaşların rəğbətini qazanıb.


Böyük Britaniyanın baş naziri Boris Conson pandemiyaya ləng reaksiya verməkdə tənqid olunurdu. Buna rəğmən, mart ayında “Ipsos” tədqiqat mərkəzi siyasətçinin reytinqinin fevralla müqayisədə 5% artaraq 52%-ə çatdığını açıqlayıb. Hal-hazırda polulyarlıq göstəricisi 34% olsa da, Conson sələfi Tereza Meydən 9% daha çox dəstək görür.

 

İlk vaxtlar pandemiyanı ciddiyə almayan siyasətçi martın 12-də ölkədə məktəblərin bağlanmayacağını və karantinin olmayacağını açıqlamışdı. Vəziyyətin isə doğru dəyişməsindən sonra yalnız martın 24-də karantin qaydaları sərtləşdirilmişdi.

 

Aprelin 19-a isə Boris Consonun koronavirus yoluxduğu məlum oldu. Aprelin 5-dən 27-nə qədər koronavirusdan müalicə aldığı müddətdə onun reytinqi stabil olataq artıb.

Pandemiya fonunda populyarlıq yeni siyasi trendə çevrilib. Belə ki, Avstriya kansleri Sebastyan Kurtsun reytinqi 33% artaraq 77%-ə çatıb. Niderlandın baş naziri Mark Rüttenin populyarlı 30%-dən 75%, Danimarka baş naziri Mette Fredrikseninki isə 40%-dən 79%-ə qədər yüksəlib.

 

Böhtran fonunda effektiv çıxışlar edən ölkə başçıları vətəndaşlarda xilaskar obrazında görünürlər. Digər tərəfdən, epidemioloji gərginlik KİV və müxalifətin daha sərt və aqressiv olmasına mane olur.

Amma hesab olunur ki, pandemiyanın səngiyəcəyi zaman siyasətçilərin reytinqinin sürətlə aşağı düşməsi qaçılmazdır. Böhran vəziyyətində olan iqtisadiyyat siyasi arenanı pandemiyadan öncəki zamanlara qaytaracaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü