Modern.az

Beynəlxalq Qızıl Xaç Komitəsindən əsir və girovlarla bağlı AÇIQLAMA

Beynəlxalq Qızıl Xaç Komitəsindən əsir və girovlarla bağlı AÇIQLAMA

Aktual

13 May 2020, 16:11

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərlə rəftarı və onların saxlanma şəraitini monitorinq edir, həmçinin, ailələrilə əlaqə qurmağa köməklik göstərir.

BQXK, eləcə də saxlanma yerlərinə məsul olanlarla saxlanılan şəxslərin sağlamlıq durumu və onlara göstərilən tibbi xidmətlə bağlı dialoq aparır.

Bunu Modern.az-a BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəainin müdiri İlahə Hüseynova bildirib. İ.Hüseynova qeyd edib ki, dialoq mövcud pandemiya zamanı da davam edir:

"Bizim əlaqədar qurumlarla apardığımız dialoqun məzmunu məxfidir və şəxslərin sağlamlıq vəziyyəti barədə məlumatlar yalnız ailələri ilə paylaşılır. Başçəkmələr vasitəsilə aparılan monitorinq pandemiya ilə əlaqəli mövcud duruma uyğunlaşdırılıb və BQXK-nın saxlanılan şəxslərlə bağlı fəaliyyəti zərər verməmək prinsipinə əsaslanaraq həyata keçirilir. Tətbiq olunan məhdudiyyətlər BQXK tərəfindən nəzərə alınır".

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü