Modern.az

Trampın kürəkəni: “Prezident seçkiləri təxirə salına bilər”

Trampın kürəkəni: “Prezident seçkiləri təxirə salına bilər”

13 May 2020, 19:12

ABŞ prezidenti Donald Trampın kürəkəni və köməkçisi Cared Kuçner prezident seçkilərinin təxirə salınmasını istisna etməyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 3-də baş tutacaq seçkilərin keçirilməsinə koronavirus mane ola bilər.

 

“Prezident seçkiləri təxirə salına bilər. Mən söz verə bilmərəm ki, seçkilər elan olunduğu tarixdə baş tuta bilər”.

ABŞ-da 1 411 148 koronaviruslu xəstə var. Virus 83 564 nəfərin ölümünə yol açıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü