Modern.az

Kirayə mənzil bazarı “ölüb”

Kirayə mənzil bazarı “ölüb”

Aktual

19 May 2020, 16:46

Kirayə mənzil bazarında ucuzlaşma müşahidə olunur, karantin rejimi əmlak bazarına ciddi təsir edib.

 

Bunu Modern.az-a əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib. Ekspert qeyd edib ki, həm kirayə mənzil bazarında, həm də mənzillərin satışında qiymət artımının olması gözlənilmir:

 

“Yay ayları gəldiyi üçün kirayə mənzil bazarında qarşıdakı aylar ərzində bahalaşmanın olacağı gözlənilmir. Bundan başqa artıq tələbələr də onlayn dərs sisteminə keçib, bu da bazarda qiymət artımına əngəl olan məsələdir. Çünki əksər tələbələr bölgələrə qayıtdığı üçün yaşadıqları kirayə mənzili tərk ediblər. Karantin dövründə hərəkət məhduudlaşdırıldığına görə hazırda bazar qeyri-aktivdir. Kirayə mənzil bazarında, eləcə də mənzillərin satışında ciddi qiymət dəyişikliyi yoxdur. Elə sahibkar var ki, mənzil kirayəsi ilə bağlı elan verib, amma bir dəfə də olsun ona mənzillə bağlı zəng gəlmədiyini deyir. Kirayə bazarında qiymətlərin düşmə ehtimalı gözlənilir. Hazırda cüzi də olsa qiymətlərdə azalma müşahidə edə bilərik. Amma bazar bağlı olduğu üçün tam müşahidə aparmaq mümkün deyil. Karantin yumşaldıqca bazar da aktivləşməyə başlayacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü