Modern.az

“İran “Avroviziya”nın əleyhinə çıxmaqla iyrənc üzünü göstərir”- Politoloq

“İran “Avroviziya”nın əleyhinə çıxmaqla iyrənc üzünü göstərir”- Politoloq

Aktual

11 May 2012, 12:17

“Fars şovinizmi cəhalətdən Avroviziya”nı gey-paradla eyni tutur”

Son zamanlar İran mətbuatında ölkəmizdə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinin əleyhinə iyrənc kampaniyaya start verilib. İran mediasında dərc olunan böhtan xarakterli yazılar və xüsusən də Azərbaycan səfirliyinin qarşısında keçirilən etiraz aksiyası ölkəmizdə narazılıqla qarşılandı. Halbuki, bu musiqi yarışmması Azərbaycan dövlətiinin ərazisində keçirilir və onun İrana heç bir dəxli olmamalıdır. İran hökuməti Azərbaycana qarşı başlatdığı məkrli kampaniya ilə nəyə nail olmaq istəyir? Bununla bağlı politoloq Qabil Hüseynli Modern.az-ın sualllarını cavablandırıb. Politoloq hesab edir ki, İran dövləti bu addımı atmaqla dünya sivilizasiyasından təcrid olunduğunu və öz iyrənc simasını nümayiş etdirir.

“Məncə, İranın bu davranışında böyük bir cəhalət elementləri də var. İran “Avroviziya” kimi mötəbər tədbirin əhəmiyyətini yetərincə qiymətləndirmir. Onlar iddia edirlər ki, müsabiqədən qabaq Azərbaycanda geylərin paradı keçiriləcək. Bütün bunlar böhtandır. Üstəlik İran özünü dünyadan təcrid edərək, hər şeyə islami cəhətdən, şiə təriqəti prizmasından yanaşaraq, bəşər cəmiyyətinin yaratdığı mədəni tədbirlərdən uzaq qalır. İranın bu davranışı cəhalətdən də betər bir şeydir”-deyə Q.Hüseynli vurğulayıb.

Politoloq hesab edir ki, İran hakimiyyəti orada yaşayan soydaşlarımızı ölkəmizə qarşı qaldırmaqla azərbaycanlıları üz-üzə qoymağa çalışır. Q.Hüseynli həmçinin qeyd edib ki, İran dövlətinin Azərbaycana qarşı bu davranışı qanunsuzdur. Onların daxili işimizə qarışmağa haqqları yoxdur:

“Onlar İranda yaşayan soydaşlarımızın əli ilə çirkin bir kampaniyaya başlayıb. İranın Azərbaycanın daxili işlərinə qarşımaya heç bir haqqı yoxdur. Onların bu yersiz hərəkətləri insanda təəssüf doğurur. Həm də avam donunda dünya sivilizasiyasının dəyərlərinə qarşı etirazı kimi yenə də azərbaycanlıları göstərmək niyyəti fars şovinizminin kirli üzünü açıb ortaya qoyur”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü