Modern.az

Gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək

Gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək

22 May 2020, 16:46

Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçılarına xəbərdarlıq edib.

 

Modern.az-ın məlumatına görə, bildirilib ki, gömrük rəsmiləşdirilməsinin fasiləsiz şəkildə həyata keçirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, sahibkarlara daha əlverişli şəraitin yaradılması məqsədilə gömrük orqanları qarşıdakı qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Belə ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü