Modern.az

Bu Avropa ölkəsində 3 azərbaycanlı koronavirusa YOLUXDU

Bu Avropa ölkəsində 3 azərbaycanlı koronavirusa YOLUXDU

1 İyun 2020, 12:42

“Polşada COVİD-19-a 3 vətəndaşımız yoluxub, onların vəziyyəti stabildir”.

 

Bunu Modern.az-a Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov bildirib. Diaspor üzvü Polşada ümumi vəziyyətin normallaşdığını da diqqətə çatdırıb:

 

“Polşada gündəlik yoluxma sayı əvvəlkinə nisbətdə azalıb. Belə ki, əvvəllər gün ərzində 300-500 arası yoluxma olurdusa, dünəndən artıq 200-dən bir qədər çox COVİD-19-a yoluxma halı olub və bu xəstəlikdən sağalanların da sayı artıb. Məktəblərdən başqa demək olar ki, hər yer fəaliyyətə başlayıb. Dünənə qədər evdən çıxarkən maska taxmaq məcburi olsa da dünəndən etibarən bu qayda da dəyişdirilib. Belə ki, yalnız müəyyən yerlərdə maska taxmaq vacib hesab olunur. Koronavirusa yoluxan vətəndaşlarımızla həm Azərbaycanın Polşadakı Səfirliyi həm də Diasporla İş üzrə Dövlət Komitəsi yaxından maraqlanır”.

 

Varşava Azərbaycanlıları Birliyinin rəhbəri virusa yoluxan azərbaycanlıların səhhəti barədə də məlumat verib.

“Hazırda virusa yoluxmuş vətəndaşlarımızın vəziyyəti normal olaraq qiymətləndirlir, səhhəti ağır olan soydaşımız yoxdur. Ümumilikdə, indiyədək 3 vətəndaşımız virusa yoluxub ki, onlardan biri taksi fəaliyyəti ilə məşğul olurdu. Təxliyyə məsələsi ilə bağlı  məlumat yoxdur, olarsa əvvəlcədən səfirlik tərəfindən məlumat verir. Artıq iki dəfə təxliyyə həyata keçirilib ki, bununla da 200-ə yaxın vətəndaşımız Azərbaycana təxliyyə olunub. Polşadan təxliyyə olunanların əksəriyyəti tələbələr idi. Amma indi Polşada həm işləyən vətəndaşlarımız həm də təhsil alan tələbələrimiz qalıb”.

 

Qeyd edək ki, indiyədək Polşada 23786 nəfər koronavirusa yoluxub. Mövcud pandemiya səbəbi ilə isə 1064 nəfər dünyasını dəyişib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü