Modern.az

Azay Quliyev Milli Məclisdən İctimai Palataya müraciət etdi

Azay Quliyev Milli Məclisdən İctimai Palataya müraciət etdi

Aktual

22 May 2012, 12:13

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev müxalifət partiyalarının təmsil olunduğu İctimai Palataya müraciət edib. Modern.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında İctimai Palatanı “Eurovision” kimi beynəlxalq miqyaslı tədbirin keçirildiyi bir vaxtda hər hansı aksiya keçirməməyə çağırıb:

”Mən əminəm ki, İctimai Palatada təmsil olunan şəxslər arasında vətənpərvərlər insanlar var” deyən A.Quliyev bildirib ki, onlar imkan verməməlidirlər ki, Azərbaycanı istəməyən xarici qüvvələr bu aksiyalardan sui-istifadə etsinlər.
Deputatın sözlərinə görə, bəzi xarici qüvvələr, eləcə də ermənilər “Eurovision” ərəfəsində Azərbaycanda xoşagəlməz hadisələrin baş verməsinə çalışır, bunu istəyirlər. Həmin qüvvələrin belə bir məqamda İctimai Palatanın keçirəcəyi etiraz aksiyalarından Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışacaqları istisna olunmur.
A.Quliyev bütün bunları nəzərə alaraq, İctimai Palatada təmsil olunan vətənpərvər insanları təxribatlara getməməyə çağırıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü