Modern.az

Şirməmməd Hüseynov haqqında yeni kitab YAZILIB

Şirməmməd Hüseynov haqqında yeni kitab YAZILIB

24 İyun 2020, 10:13

Milli-mənəvi irsimizin görkəmli tədqiqatçısı, böyük alim və publisist, professor Şirməmməd Hüseynov haqqında yeni kitab işıq üzü görüb.

Modern.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatının ərsəyə gətirdiyi “Haqqın səsi” adlı kitabın müəllifi tanınmış araçdırmaçı və pedaqoq Ramiz Orsərdir.

Kitabda professor Ş.Hüseynovun bioqrafiyası, onun portret cizgiləri, milli tariximizin müxtəlif problemlərinə, o cümlədən Cümhuriyyət tarixinə dair qiymətli tədqiqatları haqqında geniş söz açılıb.

Kitaba giriş sözü yazmış filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli onu “millət yaddaşının keşikçisi olan Ş.Hüseynovu milli məfkurə və milli yaddaş işığında təqdim edən əsər” kimi qiymətləndirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü