Modern.az

Pənah Hüseyn: “Səhhətimdə heç bir problem yoxdur”

Pənah Hüseyn: “Səhhətimdə heç bir problem yoxdur”

24 May 2012, 12:49

Vicdan məhbuslarının azad olunması üçün 4 gün aclıq askiyası keçirən İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq baş nazir Pənah Hüseyn səhhəti ilə bağlı Modern.az-a açıqlama verib. P.Hüseyn aclıqdan sonra özünü hazırda yaxşı hiss etdiyini bildirib.

“Özümü çox yaxşı hiss edirəm, səhhətimdə də qeyd edim ki, heç bir problem yoxdur. Bir sözlə, hər şey normaldır”-deyə eks-baş nazir vurğulayıb.

Qeyd edək ki, P.Hüseyn aclıq aksiyasını müxalifət nümayəndələrinin və eləcə də həbsdə olan Müsavat finksioneri Arif Hacılının xahişindən sonra dayandırıb. İctimai Palata nümayəndələrinin vicdan məhbuslarının azad olunması üçün başlatdığı aclıq aksiyası 10 gündür davam edir. Aksiyaya yeni qoşulanların olduğu da bildirilib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü