Modern.az

Bakıda keyfiyyətsiz yanacaq satan 26 yanacaqdoldurma məntəqəsi cərimələnib

Bakıda keyfiyyətsiz yanacaq satan 26 yanacaqdoldurma məntəqəsi cərimələnib

Təhsil

18 Yanvar 2010, 18:28

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2009-cu ilin yekunları ilə bağlı məlumatına görə, ötən il 63 milli standart ekspertizadan keçirilərək qeydiyyata alınıb. Eyni zamanda, qeydiyyatdan 69 texniki şərt  keçirilib ki, onlardan 33-ü yeyintiyə,  28-i maşınqayırmaya, 8-i kimya sahəsinə aiddir.
Ötən il müəssisələrdə metroloji təminata, metroloji norma və qaydalara riayət edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika ərazisində fəaliyyət göstərən istehsal və xidmət obyektlərinin əksəriyyətində metroloji araşdırmalar həyata keçirilib. O cümlədən metrologiya şöbəsinin əməkdaşlarının bilavasitə iştirakı ilə 18 müəssisədə metroloji araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində nöqsanların aradan qaldırılması üçün həmin müəssisələrə iradnamə və tələbnamələr verilib, bir müəssisənin fəaliyyətinə qadağa qoyulub.

2009-cu ildə ölkədə istehsal edilən və ya idxal yolu ilə ölkəyə gətirilən ölçmə vasitələrinin 273 sayda yeni tipləri dövlət reyestrinə daxil edilib.  
2009-cu il ərzində Komitənin əməkdaşları tərəfindən respublika ərazisində neft məhsullarının satışı ilə məşğul olan 230, tibbi fəaliyyətlə məşğul olan 10 müəssisəyə xüsusi razılıq (lisenziya) verilməsi üçün təqdim olunmuş sənədlərin ekspertizasını keçirilib.

2009-cu il ərzində Komitə tərəfindən yeni 14 laboratoriya, 1 məhsulun sertifikatlaşdırılması üzrə orqan, 2 digər sistemlərdə akkreditasiya olunmuş və Azərbaycan Respublikası ərazisində sertifikatlaşdırma fəaliyyəti razılaşdırılmış orqan və 1 idarəetmə sistemlərinin yaradılması sahəsində konsaltinq xidmətləri göstərən qurumun fəaliyyəti razılaşdırılıb, dövlət reyestrində qeydiyyata alınıb. Bundan əlavə, il ərzində qeydiyyatda olan 177 laboratoriyanın attestatının, 3 Azərbaycan Respublikası ərazisində sertifikatlaşdırma fəaliyyəti razılaşdırılmış orqanların və 1 idarəetmə sistemlərinin yaradılması sahəsində konsaltinq xidmətləri göstərən qurumun fəaliyyətinin razılaşdırılmasının qüvvədə olma müddəti artırılıb. 
Beləliklə, 2009-cu ildə akkreditasiya üzrə dövlət reyestrində 201 obyekt qeydiyyata alınıb.
Ötən il hüquqi və fiziki şəxs statusu ilə fəaliyyət göstərən 1113 təsərrüfat subyektində məhsulun keyfiyyətinə, standartlara, metroloji norma və qaydalara əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Bu araşdırmaların nəticəsində aşkar olunmuş ciddi nöqsanlara və pozuntulara, o cümlədən istehsal olunan məhsulların insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükə yaratdığına, normativ sənədlərin tələblərinə cavab vermədiyinə və digər səbəblərə görə həmin müəssisələrdən 93-də məhsul istehsalı dayandırılıb, ümumi dəyəri 381975 min manat olan 340 məhsul partiyasının satışı qadağan olunub, həmin təsərrüfat subyektlərinə 277 iradnamə və 433 tələbnamə verilib. Ciddi nöqsanlara yol vermiş müəssisələr üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada 118 protokol tərtib olunub və 76475 manat məbləğində cərimə sanksiyaları tətbiq edilib.
Cari ildə məhsul istehsalı və idxalı ilə məşğul olan 2066 hüquqi və fiziki şəxslərin sifarişləri əsasında 3541 adda məhsula AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə müvafiq olaraq uyğunluq və tanınma sertifikatları verilib.

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin nəticəsində fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli olduğu üçün ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən 39,7 ton qənnadı məmulatları, 888,4 ton düyü, 9,8 ton balıq konservləri, 56,3 min litr alkoqolsuz içkilər və meyvə şirələri , 7,3 ton un, 10,1 ton süd məhsulları, 8,5 ton tərəvəz məhsulları və bir sıra digər ərzaq məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

Ötən il uşaq qidasının və uşaq oyuncaqlarının müvafiq normativ sənədlərə uyğunlaşdırılması və idxal edilən uşaq istehlak mallarının ölkə ərazisinə uyğunluq sertifikatı olmadan gətirilməsi faktları araşdırılıb və Çin Xalq Respublikasında istehsal olunan 10 adda uşaq oyuncaqları toksiki elementlərin miqdarına görə normativ sənədlərin tələblərinə cavab vermədiyi üçün satışdan çıxarılaraq məhv edilib.

İstehlakçıların çoxsaylı haqlı şikayətlərini nəzərə alaraq Bakı şəhəri ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqələrində və 2 Neft bazasında neft məhsullarının keyfiyyətinə dövlət nəzarəti həyata keçirilib. Aparılmış araşdırmaların nəticəsində 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin standartların tələblərinə cavab verməməsi və miqdarının normaya uyğun olmaması faktları aşkar olunub. Bununla əlaqədar olaraq qanunvericiliyə müvafiq qaydada protokollar tərtib edilib və inzibati qaydada təqsirkar şəxslər cərimələnib. Hazırda bu iş Respublikanın digər ərazilərində də aparılır.

Qış mövsümü ilə əlaqədar olaraq vətəndaşların mənzillərində və iş yerlərində yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə texniki təhlükəsizlik qaydalarına uyğun olmayan, müvafiq qaydada sertifikatlaşdırılmamış, kustar üsulla hazırlanmış və primitiv qızdırıcıların, sobaların və digər məişət cihazlarının idxal olunmasının və satılmasının qarşısının alınması üçün tədbirlər görülür. Aparılan araşdırmaların nəticəsində 156 belə cihaz ticarət şəbəkəsində satışdan çıxarılıb, texniki təhlükəsizlik qaydalarına uyğun olmayan cihazlara uyğunluq sertifikatı verilməsi barədə 3 təsərrüfat subyektinin müraciəti isə rədd edilib.

İl ərzində hüquqların digər şəxslərə verilməsi ilə bağlı əmtəə nişanına görə 79 ədəd, ixtira iddia sənədinə görə 6 ədəd, müqavilələrin, o cümlədən 15 ədəd əmtəə nişanına dair lisenziya müqaviləsinin ekspertizası aparılaraq qeydiyyata alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü