Modern.az

“Ölkəmizə gələn həkimlər daha çox yoluxma olan ölkələrin vətəndaşlarıdır” – Yaqut Qarayeva

“Ölkəmizə gələn həkimlər daha çox yoluxma olan ölkələrin vətəndaşlarıdır” – Yaqut Qarayeva

Aktual

8 Avqust 2020, 11:58

Ölkəmizə həkimlərin gətirilməsi dövlətlərarası əlaqələrlə həyata keçirilir.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva pandemiya dövründə Azərbaycana gətirilən həkimlərin CV-lə bağlı sualı cavablandırarkən bildirib.

 

O qeyd edib ki, həkimlərin gətirilməsi zamanı çox ciddi proseslər aparılır:

"Ölkəmizə gətirilən mütəxəssislər ən çox xəstə qəbul edən xəstəxanalarda çalışıblar, onların hər biri fərqli ixtisaslarda çalışanlardır. Bütün bunlar əvvəlcədən planlaşdırılır. Doğrudur, onlar daha çox yoluxma olan ölkələrin vətəndaşlarıdır. Onlar öz təcrübələrini bölüşmək üçün ölkəmizdədirlər".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü