Modern.az

Eks-prezidentlərə dair qanuna qarşı çıxan tək deputat

Eks-prezidentlərə dair qanuna qarşı çıxan tək deputat

12 İyun 2012, 12:48

Modern.az xəbər verir ki, iyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya qanunu ikinci səsverməyə çıxarılıb. 109 lehinə, 1 nəfər əleyhinə olmaqla qanun qəbul olunub.

Bu qanun prezident vəzifəsini tutmuş, vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil ediləcək.

Maraqlıdır, qanunun əleyhinə səs verən o bir nəfər deputat kimdir? Modern.az-ın əməkdaşı bunu dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, eks-prezidentlər haqqında qanunun əleyhinə səs verən deputat Ana Vətən Partiyasının təmsilçisi Zahid Orucdur. Zahid Oruc bunu onunla əsaslandırır ki, sənədin eks-prezident Ayaz Mütəllibova şamil olunmasını istəmədiyinə görə belə addım atıb.

Yeri gəlmişən, belə düşünən deputatlardan biri də Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Lakin F.Ağamalı bugünkü iclasda iştirak etməyib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü