Modern.az

Ziyafət Əsgərov deputatın dissertasiyasından danışdı: “Ay Fazil Mustafa, belə şey olmaz axı...”

Ziyafət Əsgərov deputatın dissertasiyasından danışdı: “Ay Fazil Mustafa, belə şey olmaz axı...”

Təhsil

12 İyun 2012, 13:33

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişiklik qəbul edilib.

Modern.az xəbər verir ki, qanuna dəyişikliyin müzakirəsi zamanı deputatların bir çoxu, xüsusilə Qüdrət Həsənquliyev, Fazil Mustafa bu sənədin əleyhinə çıxıblar. Onlar bildiriblər ki, bu sənəddə bələdiyyələrin səlahiyyətləri əlindən alınır, ümumiyyətlə bələdiyyələr zəiflədilir.
Daha sonra vitse-spiker Ziyafət Əsgərov çıxış edərək Fazil Mustafanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Ay, Fazil Mustafa, sən bu yaxınlarda mənə  “İcra hakimiyyəti strukturlarının xalqa yaxınlaşması” məsələsi ilə bağlı doktorluq işi təqdim etmisən. O elmi işində başqa cür, burada isə başqa cür danışırsan, belə şey ola bilməz axı. Bu qanunda dəyişiklikdə məqsəd Azərbaycanda bütün vətəndaşlarının hüquq və azadlıqlarını daha yaxşı şəkildə təmin etməkdir. Elmi işində neftin qiymətinin aşağı düşməsindən yazmısan. Mən burada Qüdrət bəydən soruşmaq istəyirəm, parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunan zaman niyə bu məsələ ilə bağlı prezidentə müraciət etmədin ki, “cənab prezident neftin qiyməti aşağı düşür, biz vəsait istəmirik”. Belə çıxışlar burada olmaz” deyə vitse-spiker qeyd edib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı