Modern.az

Milli Məclis ətrafı zibilləyənlərə görə cərimələri artırdı

Milli Məclis ətrafı zibilləyənlərə görə cərimələri artırdı

12 İyun 2012, 13:47

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “İstehsalat və məişət tullantıları haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü