Modern.az

Abituriyentlər imtahana belə buraxılır - FOTOLAR

Abituriyentlər imtahana belə buraxılır - FOTOLAR

21 Avqust 2020, 09:54

Paytaxtda bu gün növbəti qəbul imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil olunub.  

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan təşkil olunan ərazilərdə kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur. 

 

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. İctimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü