Modern.az

Baş Prokurordan Modern.az-ın yazısına REAKSİYA

Baş Prokurordan Modern.az-ın yazısına REAKSİYA

Ölkə

21 Avqust 2020, 17:43

Son günlər bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkiyənin Ankara şəhərində yaşayan Nailə Həsənovanın 3 azyaşlı övladı ilə birlikdə 8 il qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorakılığa məruz qalması, onun və azyaşlı övladlarının həyatının təhlükədə olması, bundan başqa, uşaqların bioloji anası olduğu halda E.Kapanın rəsmi nikahda olduğu arvadını saxtakarlıq yolu ilə üç uşağının anası olaraq rəsmiləşdirdiyindən övladlarının qəyyumluğunu əldə edə bilməməsi, bununla əlaqədar olaraq onların vəsiqələrini dəyişdirə bilməməsi, bu faktorun təhsil hüquqlarını həyata keçirməyinə və eləcə də tibbi xidmətdən yararlanmalarına mane olması barədə məlumatlar yayılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ankara Cümhuriyyət Baş prokuroru Yüksel Kocamana rəsmi qaydada müraciət edərək, qanunun aliliyi prinsipini rəhbər tutmaqla qeyd edilən məsələnin nəzarətə götürülüb araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini və Nailə Həsənovanın övladları ilə birlikdə Azərbaycan Respublikasına gəlməsinə köməklik göstərilməsini xahiş edib.

 

Xatırladaq ki, Baş Prokurorun rekasiya verdiyi yazı avqustun 18-də Modern.az-da “Yalvarıram, mənə kömək edin!” - Aldadılıb Türkiyəyə aparılan azərbaycanlı qadının FƏRYADI” sərlövhəsi ilə çıxıb.
Sayıtımıza danışan 38 yaşlı azərbaycanlı Nailə Həsənova Türkiyə vətəndaşı Ercan Kapan ilə nikahda yaşadığı müddətdə aldığı mənəvi və fiziki işgəncələrdən bəhs etmişdi.


Məqaləni bu linkdən - //modern.az/az/news/252240 oxumaq mümkündür:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır