Arxiv
18 Avqust 2020, 08:59 | HADİSƏ
“Yalvarıram, mənə kömək edin!” - Aldadılıb Türkiyəyə aparılan azərbaycanlı qadının FƏRYADI

Ankarada yaşayan azərbaycanlı, 38 yaşlı Nailə Həsənova 8 il əvvəl Türkiyə vətəndaşı ilə ailə qurub. Elə həmin andan həyatı alt-üst olub. Nailə birgə yaşadığı Ercan Kapan tərəfindən 8 il ağlasığmaz işgəncələrə məruz qalıb.

 

O başına gələnləri Modern.az-la bölüşüb və Azərbaycandan dəstək istəyib. Həmyerlimizin başına gələnləri anlatdığı kimi təqdim edirik:

 

“Mən Nailə Həsənova, 38 yaşım var, müəlliməyəm. 2012-ci ildə Türkiyəyə gəlmişəm. Burda türklə kəbinlə evləndim. O, rəsmi nikahın da bağlanacağını vəd edərək, məni aldatdı. Azərbaycandan gələndə rəsmi nikah üçün bütün sənədləri hazırlamışdım. Hətta indi də bu sənədlər məndədir. Xoşbəxt olmaq istədim, amma üzüm gülmədi. Evləndiyim şəxsin başqa bir ailəsi olduğunu öyrəndim. Rəsmi nikahlı həyat yoldaşı və ondan 5 uşağı var imiş. Mən bu adamın əlinə düşdüm, onunla münasibətdən 3 uşağım – 2 oğlan, bir qızım dünyaya gəldi. Azyaşlıdırlar - 7, 5 və 3 yaşındadırlar.

Bilirsiniz, Türkiyədə qanuni yaşamaq üçün oturum izni almaq lazımdır. Amma bu adam məni 6 il Türkiyədə qanunsuz yaşatdı. Başımı aldatmağı azmış kimi, məni hüquqsuz bir qul kimi yaşatdı.

4 otaqlı evdə ərim, mən, ərimin rəsmi həyat yoldaşı, onun 5 uşağı və mənim 3 uşağım – 11 nəfər, hamımız birlikdə yaşadıq. Mənim bütün hüquqlarım əlimdən alınıb. Ərim sənədlər, şəxsiyyət vəsiqələri üzərində saxtakarlıq edərək mənim 3 uşağımı öz rəsmi arvadının üzərinə yazdırdı. Səsimi çıxarıb haqqımı istəyəndə isə məni döyməyə başladı. İllərdir vəhşicəsinə döyür, hətta öldürməklə hədələyir. Mənə dedi, getmək istəyirsən get, amma ölsən də uşaqlarını apara bilməzsən. O deyirdi ki, uşaqların belə sənin adına deyil, kimsəyə də sübut edə bilməzsən, sənə heç kəs kömək etməyəcək. Mən də balalarımdan ayrılmaq istəmədiyim üçün bu insana qatlandım. Amma dözümüm qalmadı. 2018-ci ildə qardaşıma dedikdən sonra mənim burda oturum iznim düzəldi. Amma yenə də yoldaşım məni döyməyə davam etdi. Yeməyin duzu az olanda belə bəhanə edib, vəhşi kimi döyürdü. Elə olub ki, qaynar şorbanı başıma töküb. Mən ortancıl oğluma hamilə olanda yeməyi bəhanə edib, dəfələrlə döyüb, belimdən odunla vurub. Qızıma hamilə olanda məni qapı arasında qoyub. Türkiyədə qanuni şəkildə yaşamaq, uşaqlarım öz adıma olsun istədim. Sırf buna görə, qatlanmadığım işgəncə, təhqir qalmadı. O qədər vəhşi adamdır ki, rəsmi həyat yoldaşını da döyür, böyük yaşda qızları var, onlara işgəncə edir. Ortancıl oğlum bir az səs-küylü uşaqdır. 5 yaşında körpə uşaq ata nəvazişi görmək əvəzinə dəfələrlə atası tərəfindən döyülüb, təpiklənib, uşağın başını unitaza salıb. Hər dəfə caninin əlindən balamı zorla qurtara bilmişəm. Onun əlindən xilas edib, qoruduğum üçün də daha pis döyülmüşəm.

Bəlkə də fikirləşərsiniz ki, bu qadının arxa-dayağı, ailəsi yoxdurmu? Atam, anam yaşlıdırlar, ürəkləri buna dayanmaz. Bir qardaşım var, onun da öz ailəsi, dərdi-səri var. Əlindən gəlsə, daha çox köməklik edər. Amma hər kəsin köməyi bir yerə qədərdir.

2018-ci ildə qardaşımın köməkliyi ilə geclə düzəltdirdiyim oturum iznimin 2019-cu ilin sentyabr ayında vaxtı bitirdi. Bunu yoldaşıma deyəndə pul xərcləməsin deyə sənədimi yeniləmədi, dedi ya qaçaq qal, ya da çıx atanın evinə get, uşaqlarını unut. Ona haqqında polisə şikayət edəcəyimi deyəndə məni döydü, üstümə oturub boğmağa çalışdı. İllərlə işgəncələrə qatlandığım üçün onurğa sütunum zədələnib, dəfələrlə əlini ağzıma salıb, ağzımı cırmağa cəhd edib və bütün bu işgəncələrin hamısı uşaqların gözü önündə olub. Artıq bıçaq sümüyə dirənəndə mən qardaşıma hər şeyi demək məcburiyyətində qaldım. Yaşadıqlarımı, üzləşdiyim şiddəti anlatdım. 2019-cu ilin noyabr ayında qardaşımın köməyi ilə 3 uşağımı götürüb o evdən - zindandan çıxa bildim. 1-2 gün sonra qardaşımın tutduğu vəkilin köməyi ilə məhkəməyə baş vurub, uşaqlarımın sənədlərinin düzəldilməsi, şəxsiyyət vəsiqələrində valideyn olaraq mənim adımın yazılması üçün iş açılmasını xahiş etdim. Bu il fevralın 12-də ilk məhkəmə oldu. Hakim DNK testi istədi. Qardaşımın maddi köməkliyi ilə mən və uşaqlarım mart ayının 11-də DNK analizi verdik. Amma uşaqlarımın kimliyində mənim adım yazılmadığı üçün o gün uşaqlarımı uşaq evinə apardılar. Araya koronavirus pandemiyası girdi. Onsuz da ləng yürüyən hüquqi proseslər daha da gecikdi. Çox  uzun bir zaman sonra DNK testinin nəticəsi açıqlandı. Nəticə 99,9 faizlə 3 uşağımın da mənim olduğunu göstərdi. Buna baxmayaraq, uşaqlarımın qəyyumluğunu mənə vermədilər. Burda televiziyalara, mətbuata çıxdım, səsimi eşitsinlər, kömək etsinlər deyə danışdım. Uzun zaman sonra, uşaqlarımı yanıma ala bildim. Çox şükür Allaha, balalarım yanımdadır. Amma balalarımın qəyyumluğunu ala bilmirəm. Çünkü hələ vəsiqələr dəyişdirilmir. İyun ayında növbəti məhkəmə oldu və bu məhkəmədə qərar mənim lehimə çıxarıldı. Amma hər məhkəmə apellyasiya yolunu açıq qoyur. Uşaqların atası apellyasiyaya verib. Qəsdən prosesi uzatmağa çalışır. Onun özündən DNK istədilər, boyun qaçırır, test vermir ki, vaxt uzansın. Haqsız ola-ola məni apellyasiyaya verib. Apellyasiya məhkəmələri burda çox uzun çəkir. Bəlkə 1 ildən də çox davam edə bilər. Mən uşaqlarımı həkimə apara bilmirəm, məktəbə yazdıra bilmirəm, gizlilik qərarı olsa belə, bəzən faydasız olur. Hər an yoldaşım bizi tapa bilər, canımıza qəsd edər. Son zamanlar, Allah uzaq etsin, burda belə hallar çoxalıb. Məhkəmənin tezliklə işə baxıb, balalarımın şəxsiyyət vəsiqəsini dəyişdirməyimə icazə verməsi və qəyyumluğun mənə verilməsini istəyirəm. Amma burda çox gec həll edirlər, üstəlik pandemiya dönəmidi, hər şey çox ləng işləyir. Ömür gedir, gün gedir, balalarım təhsilsiz qalır, səhhətində problem olanda həkimə də gedə bilmirik. Hətta Azərbaycandakı qonşulardan öyrəndim ki, uşaqlarımın atası Azərbaycana gedib bizi axtarıb. Nə yaxşı o zaman anamla atam mənim və uşaqlarımı görmək üçün Türkiyəyə gəlmişdilər.

Hazırkı durumu Türkiyədə Azərbaycan Səfirliyinə də danışdım. Azərbaycan Səfirliyi Türkiyə Respublikasına müraciət ünvanladı. Pandemiya ilə bağlı həmin müraciətə də gec cavab verildi. Cavabda bir cümlə qeyd olunmuşdu: “Uşaqların atasına Türkiyə Baş Prokurorluğunda cinayət işi açılıb”. Halbuki adam əlini-qolunu sallayıb küçədə rahat gəzir, hələ məni apellyasiyaya verir. Hər an qarşımıza çıxa bilər. Burda dövlətə sığınmaq istəmirəm. Hələ də uşaqların yeni kimliklərini almamışam, qorxuram yenə balalarımdan ayırarlar. Onsuzda 5 ay onlardan ayrı yaşadım, hər gecə başımı yastığa qoyanda sabaha qədər ağlamışam. Qızım körpədir, uşaqlarımı məndən alanda o hələ də ana südü ilə qidalanırdı.

Xahiş edirəm, mənə və balalarıma kömək edin. Övladlarımın qəyyumluğunu alıb, ölkəmə qayıda bilsəm, işləyib onlara baxaram. Artıq burada maddi cəhətdən də çökmüş vəziyyətdəyik. Mən ərimin qorxusundan işləyə bilmirəm, azyaşlı balalarımı evdə tək qoyub, çıxa bilmirəm. Edilən yardımlarla bir yerə qədər dolana bilərəm. Ölkəmə gələ bilsəm, ailəmin də köməkliyi ilə uşaqlarımı təhsilli, sağlam övlad kimi yetişdirə bilərəm. Biz Türkiyədə qalsaq, ərimin qəsdindən qurtula bilməyəcəyik. O məni öldürməmiş, uşaqlarımı məndən almamış əl çəkməyəcək. Öz qızlarına işgəncə etdiyini gözlərimlə görmüşəm. O “ata” sabah-birigün məni öldürüb, övladlarıma zülm edəndə, onlara işgəncə verəndə bunun məsuliyyətini kim daşıyacaq? Balalarımı kim qoruyacaq? Türkiyədə hər gün onlarla qadın öldürülür, uşaq cinayətləri törədilir. Ərim kimi kişilər o qədərdir ki... Gözləri dönmüş, öz övladlarına belə acımırlar. Qadınlara, uşaqlarına qıyırlar. Sonra da ölkə gündəmi cinayət xəbərlərinə bürünür. Mənə, uşaqlarıma bir şey olandan sonra bunun məsuliyyətini kim daşıyacaq?

Çox çarəsiz vəziyyətdəyəm. Azərbaycan prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edirəm. Xahiş edirəm, məni, balalarımı xilas edin! Yalvarıram, bu müraciətimi ölkə rəhbərliyinə çatdırın. Bizim prezidentimiz, birinci vitse-prezidentimiz hər zaman öz vətəndaşlarına arxa-dayaq olublar. Əminəm ki, mənə və balalarıma köməklik edəcəklər. Bir ananın səsinə səs verin!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xorvatiya mətbuatında Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunur - Səfir 23 Oktyabr 2020, 09:52 Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:40 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03