Modern.az

Tramp qərar verdi: COVID-19-a qarşı kütləvi vaksinasiya BAŞLAYIR

Tramp qərar verdi: COVID-19-a qarşı kütləvi vaksinasiya BAŞLAYIR

Dünya

24 Avqust 2020, 13:41

Tramp administrasiyası oktyabr ayından ABŞ-da kütləvi vaksinasiyaya başlamaq niyyətindədir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin aparat rəhbəri Mark Medouz və maliyyə naziri Stiven Mnuçin bunun üçün Böyük Britaniyanın AstraZeneca şirkəti ilə Oksford Universitetinin birgə istehsal etdiyi vaksinə üstünlük verirlər.

Ehtimallardan biri ABŞ-ın Qida Məhsulları və Tibbi Ləvazimatlara Sanitar Nəzarət Xidmətinin (FDA) kütləvi vakinasiyaya təcili icazə verməsi variantıdır. Bu mexanizm təsdiq olunmamış dərmanların ciddi xəstəliklərin müalicəsi və diaqnostikası üçün təcili tətbiq olunması ilə bağlıdır.

 

Bunun üçün Sanitar Xidmət AstraZeneca və Oksford Universitetlərinin dərman barədə təhlillərini gözdən keçirməlidir.

Tramp administrasiyasının rəsmiləri məsələni Nümayəndələr Palatasının sədri Nensi Pelsoi ilə də müzakirə ediblər. Vaksinlə bağlı rəsmi məlumat verilməyib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü