Modern.az

Gənclər Təşkilatları Milli Şurası 20 yanvar şəhidlərini anma mərasimi keçirib

Gənclər Təşkilatları Milli Şurası 20 yanvar şəhidlərini anma mərasimi keçirib

19 Yanvar 2010, 16:55

Yanvarın 19-da  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar  anım mərasimi keçirib.

Modern.az xəbər verir ki, tədbirdə 20 yanvar faciəsinin səbəbləri,  xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verilib. Mərasimdə həmçinin faciəyə həsr olunmuş fotoşəkil sərgisi və kinofilm nümayiş etdirilib.Tədbirdə çıxış edən millət vəkili, ARGTMŞ sədri Fuad Muradov 20 yanvar faciəsindən geniş danışıb, Azərbaycan xalqına qarşı törədilmiş bu faciənin əsl mahiyyəti haqqında, Azərbaycan dövlətinin faciə ilə bağlı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə məlumat verib. Fuad Muardov bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulayıb. O bildirib ki, 20 yanvar hadisələri bu günkü müstəqilliyimizin yolunu açıb.
Fuad Muradov xüsusi qeyd edib ki, xalqımızın ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək bu qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirməsi çox mühüm tarixi-siyasi bir hadisə olub. 20 yanvar faciəsinə məhz Heydər Əliyevin yenidən  hakimiyyətə  qayıdışından sonra  siyasi qiymət  verilməsi də  çox düzgün  atılmış hadisə kimi vurğulanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü