Modern.az

Millət vəkili “Mənim Azərbaycanım” adlı yay düşərgəsində olub

Millət vəkili “Mənim Azərbaycanım” adlı yay düşərgəsində olub

Aktual

18 İyun 2012, 11:10

Millət vəkili Qənirə Paşayeva Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda  “Nur” Uşaq və Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Mənim Azərbaycanım” adlı yay düşərgəsinin açılış mərasimində çıxış edib.

Tədbirə açılışı “Nur” Uşaq və Gənclər İB-nin sədri Sevinc Muradova edib. O, ilk öncə tədbirə gələn qonaqları salamlayıb və bu layihədə iştirak etdikləri üçün öz dərin minnətdarlığını ifadə edib. Sevinc Muradova gələn qonaqlara tədbirin əsas mahiyyəti və məramı haqqında geniş məlumat verərək, bu işlərin davamlı olacağını da vurğulamağı unutmayıb.

Açılış mərasimində iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışında bildirib: “ Mən ilk öncə vətənpərvər sözünün mahiyyətinin tam olaraq hansı məna kəsb etdiyini bu uşaqlara izah etmək istərdim. Çünki indi bizim torpaqlarımızın 20 faizi işğal altındadır və çox sayda uşaqlarımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Ona görə də uşaqlara biz vətənpərvərlik duyğusunu aşılamalıyıq ki, onlar da bu ruhda böyüsünlər. Vətənpərvərlik nədir deyəndə çoxları sadəcə elə Vətəni sevmək kimi bir anlayış kimi qavrayır. Amma Vətənpərvərlik mahiyyət etibarilə vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyi nəzərdə tutan emosional bir bağlılıq, bir duyğular sistemidir.  Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli tərəflərini əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Mən istəyirəm ki, kiçik yaşlarından uşaqlarımız vətənimizin hər qarışını öyrənsinlər və qavrasınlar. Hər zaman onlara vətənpərvərlik duyğuları aşılanmalıdır ki, onlar da zamanla bu torpağa, bu vətənə sahiblənə bilsinlər. Müəyyən yaş həddinə çatıb ölkə hududlarına çıxanda belə öz vətəninin maraqlarını qorumağı da bacara bilsinlər. Bizim də ən mühüm vəzifəmiz bu uşaqlara vərənpərvərlik duyğusunun nə olduğunu anlatmaqdır. Çünki hər bir oğlan uşağı  gələcəyin bir əsgəri, bir igididir və ona görə də uşaqlarımız vətən sevgisi ilə böyüməlidirlər “ .

Qeyd edək ki,   “Mənim Azərbaycanım” adlı yay düşərgəsi layhəsinin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlara dəstək olmaqla onların liderlik potensialının artırılması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənpərvərlik hissinin aşılanması və Azərbaycan haqqında biliklərin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir. keçirilib.  Yay düşərgəsində 18 yaşadək 50 uşaq iştirak edib.



Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var