Modern.az

Deputatdan daha bir xeyriyyə aksiyası - FOTOLAR

Deputatdan daha bir xeyriyyə aksiyası - FOTOLAR

Aktual

18 İyun 2012, 14:08

Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputatı, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə  Saatlı  rayonunda xeyriyyə  aksiyası  keçirilib. Bu barədə Modern.az-a millət vəkilinin köməkçisi Aydın Vəliyev məlumat verib.

“Biz hər il belə aksiyalar keçiririk. Keçən ilin aprel, may, iyun aylarında Sabirabad, Saatlı, Kürdəmir rayonlarında belə aksiya keçirildi. Bu il də həmin aksiya davam etdirilir. Kürdəmir,  rayonundan sonra, iyunun 15-16-da  əhalinin pulsuz tibbi müayinəsini aparmaq üçün Saatlıda olduq”.
A.Vəliyevin sözlərinə görə, xeyriyyə məqsədilə təşkil olunan aksiyada stomotoloq,  genekoloq, oftomoloq,  pediatr, kordioloq, nevropotoloq, dermotoloq, onkoloq, endikrinoloq, cərrah  ixtisaslı həkimlər iştirak edib.
 “Əvvəlcə Varxan kəndində olduq.. Müayinə üçün ətraf kəndlərdən də insanlar gəlmişdilər.  İyunun16-da Nərimankəndə gəldik. Muayinə üçün Dəllər, Novruzlu, Musalı kəndlərindən gələnlər var idi. Çalışdıq ki, əhaliyə bacardığımız qədər kömək edək. Nəriman kənddən bəzi xəstələr var idi ki, Bakıda əməliyyat olunmalı idilər. Hal-hazırda həmin xəstələr  Bakıdadır”.
Həmin xəstələr 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirliblər. Əvvəlcə Tibb Universitetinin Uşaq Cərahhiyəsi kafedrasının assistantı İlqar Haqverdiyev 7 yaşlı xəstə Fariz Əzizlini muayinə edib. Xəstəyə 2 tərəfli kripfarxizm diaqnozu qoyulub. Digər 2 yaşlı  xəstə Sevil Sərdarova isə sol qolunun dirsək oynağı travmasından sonrakı vəziyyətinə görə müayinə olunub. Xəstəyə  baxıldıqdan sonra bildirilib ki, sol qolun funkisyası yaxşı olduğu üçün hazırda əməliyyata ehtiyac yoxdur. Teybikə İsgəndərovaya sol gözdə yetişməmiş fəsadlı katarakta diqnozu qoyulub. Xəyalə İsgəndorova muayinə olunduqdan sonra məlum olub ki, onda böyrək problemi yaşanır. Hazırda xəstələrin Bakıda müalicəsinə kömək göstərilir.  





Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü