Modern.az

Bakıda öldürülən prorektorun qatili niyə tapılmır?

Bakıda öldürülən prorektorun qatili niyə tapılmır?

19 İyun 2012, 16:09

Bakıdakı Təfəkkür Universitetin prorektoru Taryel Əhmədovun öldürülməsindən 9 ay ötür. Onun meyiti 2011-ci sentyabrın 16-sı səhər saat 8 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 8-də yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilmişdi. Mərhumun başının arxa təpə nahiyəsində beyin sümüklərinin qəlpəli sınığı müşahidə olunmuşdu.

Həmin vaxt  Bakı şəhər Prokurorluğu, Yasamal rayon Prokurorluğu, Bakı Şəhər Baş Polis İdarəsi, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri başlamışdı.

Mərhum T.Əhmədovun qətli ilə bağlı  Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə araşdırılmalara başlanmışdı. Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılmışdı.

T.Əhmədovun ölümündən 9 ay keçməsinə baxmayaraq, cinayətkarin kim olduğu hələ də hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunmayıb.
Modern.az prorektorun ölümü ilə bağlı istintaq işinin nə yerdə olduğunu öyrənmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Prakurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sorğumuza cavab olaraq aşağıdakıları bildirib:

“Tərəfimizdən ictimaiyyətə məlumat verildiyi kimi, Tariyel Əhmədovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla, Bakı şəhər prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.

Hazırda cinayətin açılması istiqamətində şəhər prokurorluğunda müxtəlif fərziyyələr ətrafında intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü