Modern.az

Azərbaycandakı etnik icmalar birgə bəyanat yayıb

Azərbaycandakı etnik icmalar birgə bəyanat yayıb

Aktual

28 Sentyabr 2020, 12:02

Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərləri bəyanat imzalayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu ilin 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub, təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.


"Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata əl atır, Azərbaycan Respublikasının guya döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin zorən cəlb etməsi barədə çirkin məlumat yayır: "Onu da yaxşı bilirik ki, Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi özünün sərsəm iddiaları ilə monoetnik dövlətə çevrilən irqçi Ermənistanda həmişə qısqanclıq və qıcıq hissi ilə qarşılanır. Çünki Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın Milli Ordusunun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri var. Odur ki, terrorçu Ermənistan və onun havadarları münaqişənin ilk dövrlərindən etibarən Azərbaycan xalqları arasında münasibətləri pozmağa, etnik, dini zəmində süni qarşıdurmalar yaratmağa çalışmış və bu istiqamətdə pozuculuq fəaliyyətini indi də davam etdirməkdədir. Lakin onların bütün çirkin və mənəviyyatsız oyunları həmişə olduğu kimi bu gün də uğursuzluqla nəticələnir. Ermənistanın dövlətimiz üçün əlavə gərginlik mənbələrinin yaradılmasına yönəldilmiş təxribat cəhdləri sıralarımızı daha da möhkəmləndirir, bizi bir-birimizə bağlayan qardaşlıq  tellərini daha sarsılmaz edir. Ermənistanın özünü Azərbaycanda yaşayan xalqların «dostu və himayədarı» kimi təqdim etməsi isə riyakarlıqdan başqa bir şey deyil.

Biz Ermənistanın növbəti çirkin böhtan kampaniyasını qətiyyətlə pisləyir və bir daha bəyan edirik: İşğalçı və marionet Ermənistan dərk etməlidir ki, Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmayıb.

Biz etnik və dini mənsubiyyətimizdən asılı olmayaraq, Azərbaycan əsgərlərinin döyüş bölgələrində uğurlarına sevinəndə, şəhidlərimizə göz yaşları tökəndə onların etnik mənsubiyyətini soruşmuruq. Biz ürəkdən inanırıq və əminik ki, tezliklə Azərbaycanın rəşadətli ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq, şəhidlərimizin qisasını alacaq və mənfur düşmən üzərində böyük qələbə sorağı ilə bizi sevindirəcəklər. Azərbaycan əsgərlərin isə hansı xalqa məxsus olmalarının, hansı dildə danışmalarının və hansı dinə tapınmalarının heç bir əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan bizim doğma Vətənimiz, Azərbaycan Respublikası bizim də dövlətimizdir. Onun hər qarış torpağı Azərbaycan xalqları üçün müqəddəs və əzizdir. Qələbə bizimdir!

İmamverdi Həmidov, talış icmasının ağsaqqalı

Əhməde Həpo, kürd icmasının ağsaqqalı,

İmran Rzayev, “Samur” Ləzgi Milli Mərkəzi,

Məhəmməd Nooyev, Azərbaycan-Avar İctimai Birliyinin sədri,

Mixail Zabelin, Azərbaycanda Rus İcması

Elman Əhmədov, “Azəri” tat mədəniyyət mərkəzi ictimai birliyi

Milix Yevdayev, Bakı Dağ Yəhudiləri Dini İcması

Robert Mobili, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması

Aleksandr Şarovski, Avropa Yəhudilərinin Bakı Dini İcması

Rafiq Abdullayev, “Buduq” Xeyriyyə Cəmiyyəti

Gülcan Miəsautova, “Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyəti

İsmayıl Rəhimov, Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi 

Sevinc Bulacova, İngiloy İcması

Rafael Qvaladze Azərbaycanda yaşayan Gürcü İcması".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü