Modern.az

“Qarabağ”ın oyunu təxirə salındı

“Qarabağ”ın oyunu təxirə salındı

Aktual

29 Sentyabr 2020, 15:47

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Qeyd olunub ki,  AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər  Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını  istəyib.

 

AFFA-nın müraciətini, milli komandanın mənafeyini və  adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınıb.

 

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi