Modern.az

Lənkəran Dövlət Universiteti orduya 20 min manat köçürüb

Lənkəran Dövlət Universiteti orduya 20 min manat köçürüb

1 Oktyabr 2020, 16:13

 

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının qərarı ilə universitetin  kollektivi adından Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürülüb.

 

Modern.az xəbər verir ki, Elmi Şuranın onlayn keçirilən iclasında  iştirakçılar birmənalı olaraq  bildiriblər ki, erməni qəsbkarları ilə gərgin döyüşlərin getdiyi hazırkı dönəmdə  bu addımı atmaq vacibdir  və  Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın, qurumun üzərinə böyük məsuliyyət düşür.

 

Elmi Şurada  qeyd edilib ki, cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq  məqsədilə Lənkəran Dövlət Universitetinin kollektivi öz üzərinə düşən məsuliyyəti dərk edərək bu addımı atır və gələcəkdə də Milli Ordumuza maddi və mənəvi dəstək olmağa hər an hazırdır.

 

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar  arasında LDU-nun əməkdaşları  da var və onlar bu günlərdə  ön cəhbədə döyüşərək Vətənə olan borclarını ləyaqətlə yerinə yetirirlər.

 

Mİlli Ordumuzun uğurlu hərbi əməliyyatlarına dəstək olmaq üçün Lənkəran Dövlət Universiteti  tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat  köçürülməsi bir daha sübut edir ki, LDU kollektivi hər zaman dövlətimizin, Ali Baş Komandanımızın yanında, Milli Ordumuzun arxasındadır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok