Modern.az

Ermənilər Suqovuşanın azad olunduğunu ETİRAF ETDİ

Ermənilər Suqovuşanın azad olunduğunu ETİRAF ETDİ

Qarabağ

3 Oktyabr 2020, 21:21

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Suqovuşan (Madagiz) kəndinin alınıb-alınmaması ilə bağlı erməni jurnalistin sualını cavablandırıb.
 

Modern.az xəbər verir ki, Nazirlik rəsmisi ərazinin Azərbaycan Ordusu tərəfindən azad olunduğunu dolayısı ilə etiraf etməli olub.

“Bizim yaxud rəqib tərəfin əlində olan mövqelərin adını çəkə bilmərik. Onlar indi mövqe alıblarsa, 1 saat sonra biz həmin mövqeyi yenidən qaytara bilərik. Vəziyyət çox tez-tez dəyişir. İtirilmiş yaxud qazanılmış mövqelər barədə danışmaq yersizdir. ”,- deyə Ovannisyan cavabı ilə faktiki olaraq kəndin erməni qoşunlarının nəzarətində olmadığını etiraf edib.

Xatırladaq ki, strateji mövqedə yerləşən Suqovuşan kəndi (Madagiz) 1994-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü