Modern.az Xəbər Agentliyinin əməkdaşları Azərbaycan Ordusuna ianə dəstəyi göstəriblər.
Belə ki, Modern.az-ın redaksiyasında çalışan əməkdaşlar 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Dəstək Fonduna köçürüblər.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.