Modern.az

Hulusi Akardan sərt AÇIQLAMA: “İşğal bitmədən azərbaycanlı qardaşlarımızın dayanmasını gözləməyin!”

Hulusi Akardan sərt AÇIQLAMA: “İşğal bitmədən azərbaycanlı qardaşlarımızın dayanmasını gözləməyin!”

Aktual

9 Oktyabr 2020, 17:32

Türkiyənin müdafiə naziri Hulusi Akar Qarabağ uğrunda davam edən döyüşlər haqqında yeni açıqlama verib.

Modern.az xəbər verir ki, Hulusi Akar Ermənistanın işğalı bitmədən hərbi əməliyyatların dayanmayacağını söyləyib:

“Hər kəs yaxşı anlamalıdır ki, burada işğala məruz qalan Azərbaycandır. 30 ildir torpaqları erməni işğalındadır. Dünya birliyi və bu çərçivədə qurulan Minsk qrupu 30 ildə nə etdi? Heç bir addım atılmadı. İşğal dərinləşdi, müzakirələr heç bir nəticə vermədi, əksinə, oradakı zülm, qətliamlar artdı. Azərbaycanlı qardaşlarımız isə öz haqqından istifadə edərək, torpaqlarını işğaldan azad etməyə çalışırlar. İşğal bitmədən, terrorçular, muzdlu əsgərlər Azərbaycan torpaqlarından çıxarılmadan hər hansı bir şəkildə oradakı azərbaycanlı qardaşlarımızın dayanmasını gözləməyin".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü