Modern.az

İşğaldan azad edilən Füzuli ilə bağlı yeni proqram hazırlanacaq

İşğaldan azad edilən Füzuli ilə bağlı yeni proqram hazırlanacaq

19 Oktyabr 2020, 11:54

Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov bildirib ki, ərazisi 1386 km², əhalisi isə 150 min nəfərə yaxın olan rauon artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoymaqdadır:

 

"İran ilə sərhəddə yeləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı həmçinin  Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhvə vermə imkanlarına malik olacaq.

Ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turzim üçün yeni imkanlar deməkdir.


Seçkiqabağı təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə Füzuli rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlayacayıq.  Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək".

O qeyd edib ki, Füzuli sakinləri bu imkanı bizə qismət edən Ali Baş Komandamıza və Azərbaycan ordusuna hər zaman minnətdar olacaqlar:

 

"Qarabağ Azərbaycandır!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü