Modern.az

Türkiyənin Gəncədəki baş konsulu ermənilərin mülki əhalini hədəfə almasını pislədi

Türkiyənin Gəncədəki baş konsulu ermənilərin mülki əhalini hədəfə almasını pislədi

Aktual

19 Oktyabr 2020, 22:49

Ermənistanı mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrinə görə qınayıram. Bu, bəşəriyyət əleyhinə cinayətdir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk deyib.

 

O bildirib ki, bu, beynəlxalq konvensiyalara görə qadağan olunmuş fəaliyyətdir. Bununla bağlı mütləq sanksiyalar tətbiq edilməlidir. Azərbaycan dövləti də lazımi dəlilləri və sübutları topladıqdan sonra beynəlxalq təşkilatlara müraciət edəcək.

“Biz Türkiyə olaraq qardaş Azərbaycanın haqlı mübarizəsində həm beynəlxalq müstəvidə, həm də diplomatik sahədə daim yanındayıq və yanında olmaqda davam edəcəyik. Həmçinin hər cür dəstək verməyə hazırıq. Hazırkı Azərbaycan 30 il əvvəlki dövlət deyil, güclü ordusu, iqtisadiyyatı var, hər sahədə inkişaf edib. Xaricdən döyüşmək üçün muzdu əsgərlərin gətirilməsi ilə bağlı dezinformasiyalar var. Azərbaycanın bunlara ehtiyacı yoxdur, onun imkanları genişdir”, - deyə baş konsul vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü