Modern.az

“Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Mustafa Şəntop

“Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Mustafa Şəntop

Aktual

20 Oktyabr 2020, 11:24

Regionda sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan başqa bütün təkliflər Ermənistanı şımartmağa davam edəcək.

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop bu gün Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

M.Şentop bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. O bildirib ki, Minsk qrupu münaqişənin tənzimlənəsi üçün heç bir gerçək iradə göstərmədi.

M.Şentop qeyd edib ki, Ermənistan Azərbaycana qarı yeni təxribatlara əl atdı:

“Lakin Ermənistan gözləmədiyi bir vəziyyətlə üzləşdi. Qəhrəman Azərbaycan ordusu torpaqların işğaldan azad edilməsinə başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırmağa başladı. Azərbaycan öz ərazilərini beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad etməyə başladı. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz və Azərbaycan torpaqları üzərindən öz məqsədlərini həyata keçirə bilməzlər. Nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə 30 il əvvəlki Türkiyədir, nə də dünya 30 il əvvəlki dünyadır. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.

Mustafa Şəntop çıxışının sonunu Bəxtiyar Vahabzadənin bayraq şeiri ilə bitirib və “Qarabağ Azərbaycanındır!”-deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü