Modern.az

Yenilənir qədim şəhər

Yenilənir qədim şəhər

Aktual

10 İyul 2012, 12:14

Siyasət Məmmədov

 Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, texnika elmləri namizədi

Bir neçə dərsliyin, dərs vəsaitinin, ixtiraların və elmi məqalələrin müəllifidir. Siyasət Məmmədov bu günü Gəncə şəhərində tikinti, bərpa, ictimai, sosial, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə aparılan işlərə münasibət bildirməyi özünə borc hesab etmiş və məqaləsinin oxuculara təqdim edilməsini xahiş etmişdir.

2500 ildən artıq yaşı olan Gəncə şəhərinin tarixini dərindən öyrənmək istədikdə onun neçə dəfə yadelli işğalçılar tərəfindən dağıdılması, daxili feodal çəkişmələri nəticəsində inkişafdan geri qalması ilə tarixinin bəzi dövrlərində isə  inkişafda olması, tarixi çox mürəkkəb olan şəhərin seysmik aktiv zonada yerləşməsinə  baxmayaraq qədim insanlar da bu şəhərdə yaşamağa üstünlük vermişlər. Çünki, bu şəhərin iqlimi mülayim-istidir, şəhərin  hər tərəfi münbit torpaq sahələri ilə yanaşı qışlaq və yaylarla əhatə olunmuşdur. Bu səbəbdən və Gəncənin Böyük İpək Yolunun üzərində olduğundan iqtisadiyyatında sənətkarlıq və ticarət xüsusi yer tuturdu. Gəncə bazarlarında yerli və xarici sənətkarların hazırladıqları məmulatlar satılırdı. Şəhərin yaxınlığında dəmir, mis, zəy və digər mədənlər sənətkarlığıın inkişafına zəmin yaradırdı. X əsrin ortalarında Gəncə iri siyasi, iqtisadi və mədəni  mərkəzə çevrildi. Gürcüstan və Qara dəniz sahillərinə gedən karvan ticarət yolları Gəncədən keçirdi. Həmin illərdə Gəncənin siyasi mərkəzə çevrilməsi onun iqtisadi həyatına, mədəniyyət sahəsinə və elmi mənbələrin, kitabxanaların, kiçik mükəmməl təhsil sisteminin yaranmasına səbəb oldu.

1139-cu ilin sentyabr ayının 30-da baş vermiş zəlzələ nəticəsində Gəncədə 200 mindən çox əhali həlak olmuşdur. Şəhər bərbad hala düşmüşdür. Salamat qalmış əhali yenidən mədəniyyət, təhsil və çox vacib varlıqları bərpa etmişlər. Bunun nəticəsində bir neçə onilliklərdən sonra Gəncədən heç bir yerə çıxmamış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Mühərrizi kimi simalar yetişmişlər. Dünyanın mövcud olduğu dövrdə barmaqla sayılan korifeylərindən biri olan Nizami Gəncəvinin formalaşmasında onun mütəfəkkir düşüncəli öyrədənlərinin olmasını - eyni zamanda onun xəmsələrinin yaranmasında Gəncədəki kitab mənbələrinin bolluğunu və dəyərliliyini inkar etmək ağıla gəlməzdir. Tarixin ikinci min illiyin sonrakı dövründə Gəncə bir neçə dəfə yadellilər tərəfindən işğal edilmiş, xarabalığa çevrilmişdir və yenidən bərpa edilmişdir. Ancaq əvvəlki şöhrətinə və ucalığına qayıda bilməmişdir.

1970-80-ci illərdə bütün respublikada olduğu kimi Gəncə də özünün intibah dövrünü yaşamışdır. Belə ki, həmin illərdə Yeni Gəncə, Gülüstan, Üzeyir Hacıbəyov qəsəbələri, bir neçə mikrorayonlar tikilmiş, çoxlu sayda fabrik, kombinat və zavodlar işə salınmışdır. Həmin sənaye komplekslərinin avadanlıqları keçmiş sovetlər ölkəsinin texniki vasitələri idi. 1980-ci illərin ikinci yarısından respublika iqtisadiyyatı çökməyə başladı. İqtisadiyyatın yeni iqtisadi münasibətlərə keçməsi ilə  sovetlər ittifaqının dağılması sənaye müəssisələrinin əlaqəsini qırdı. Respublikanın sənaye potensialı sıfıra endi. 1993-cü ildən ölkədə siyasi sabitlik yaranmağa başladı. Ölkə iqtisadi və siyasi inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl və mükəmməl davam etdirən möhtərəm İlham Əliyev tərəfindən aparılan xarici və daxili siyasət nəticəsində respublikanın iqtisadi qüdrəti ilbəil artır və dünyada siyasi mövqeyi möhkəmləndi. Son 20 ildə Gəncədə çox az həcmdə özü də şəhərsalma prinsiplərinə uyğun olmayan, fövqəladə halların tələblərinə cavab verməyən və şəhərin ümumi ansamblına uyğun gəlməyən tikinti-təmir işlərinin aparılmışdır. Bərbad hala düşmüş Gəncənin mühəndis kommukasiya sistemi düzəldilməmişdir. Şəhərin memarlıq ənənələri unudulmuş parkları baxımsızlıqdan görkəmsiz hala düşmüşdür. Bəzi obyektlər isə bir neçə ilə yararsız vəziyyətə düşəcək, Çin  istehsalı olan inşaat materialları ilə təmir edilmişdir.   Hal-hazırda Gəncə tarixində olmamış tikinti-təmir, yenidən qurma və bərpa işləri aparılır. Şəhərdə magistral və paylayıcı qaz, su xətləri yeni texnologiyaların tədbiqi ilə yer altına keçirilməklə yeniləri ilə əvəz edilir. Şəhər daxili yollarda müvəqqəti narahatçılıq şəhər əhalisi tərəfindən başa düşülən şəkildə qarşılanır. Yaxın bir-iki ildə Gəncədə istifadəyə veriləcək Gəncə Dövlət Filarmoniyası öz görünüşülə şəhərə xüsusi görkəm verməklə musiqiçilərin Azərbaycan xalqının klassik musiqi ənənələrinin dəyərlərini saxlamaqla müasir dünyanın musiqi aləmi ilə təmas yaradılmasına da şərait yaradacaqdır. Şəhərdə aparılan təmir bərpa işlərində müasirliklə qədim Gəncə memarlıq elementlərinin birgə tətbiqi xoş mənalı kompozisiya təşkil edir.    
Bakı-Gəncə, Qazax-Gəncə şose yollarının  kənarında və Heydər Əliyev adına Memorial parkda aparılan möhtəşəm yaşıllaşdırma işlərinin nəticəsində şəhərimizə gələn hər bir dost insanda xoş təəssürat oyatmaqla  gəncəlilər üçün oksigen generasiya edən mənbə yaranacaqdır. Yaşıllaşdırma işləri yüksək mütəşəkkilliklə xoş əhval ruhiyyə ilə davamlı ümumşəhər tədbiri şəklində hər bir gəncəlinin öz istəyi ilə icra olunmuşdur. Son ildə Gəncədə sənaye potensialının artırılması, işsizliyin aradan qaldırılması və texniki tərəqqiyə meylli gənclərin yetişdirilməsi istiqamətində  əvvəlcədən tərtib edilmiş proqrama uyğun tədbirlər həyata keçirilir..

Məktəbəqədər tədris müəssisələrinin şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsi ilə baxçalarda vəziyyət əsaslı dəyişmişdir. Körpələrin qidalandırılması, tərbiyə olunması və məktəbə hazırlanması səviyyəsinə valideynlərini tam qane edir.

Bütün respublikada olduğu kimi orta məktəbi bitirən şagirdlərin buraxılış imtahanlarının TQDK-nın əməkdaşları tərəfindən aparılması şəhər əhalisi tərəfindən yüksək rəğbətlə qarşılanmışdır. Son aylarda şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin ali təhsil müəssisələrinin kollektivləri ilə görüşləri universitetlərdəki nöqsanları və müsbət işləri açıb göstərdi. Onların aradan qaldırılması üçün görüləcək tədbirləri müəyyən edilməklə universitet əməkdaşlarının elm, tədris və ictimai işlər sahəsindəki məsuliyyət hissini çox artırdı. Gəncə şəhərində olan universitetlərdə aparılan təmir işlərinə layiqli qiymət verildi. Gəncə universitetlərində ölkənin daxili tələbatına uyğun vacib yeni ixtisaslar üzrə kadr hazırlanması və ali təhsil müəssisələrinə tələbə qəbulunun sayının artırılmasına diqqət yetirilməsinin vacibliyi də müşavirədə qeyd edildi.  Həmin müəssisələrdə aparılan tətbiqi elmi-tədqiqatların nəticələri əsasında layihələrin hazırlanıb tətbiq edilməsi nəzərə çatdırıldı.

Gəncədə mərkəzi stadionun yenidən qurulması gənclərdə idmana həvəsi artırmaqla şəhərin adını dünyada tanıdacaq, şöhrətini ucaldacaqdır. Respublikanın ali təhsil müəssisələrində bədən tərbiyəsi fənninin məcburi fənn kimi tədrisinin yenidən bərpası kompüter texnikası ilə günün çox vaxtını məşğul olan tələbələrin sağlamlığına çox əhəmiyyətli təsir  göstərər. Bu məsələyə  Təhsil Nzirliyində yenidən baxılması çox münasib hesab edilə bilər.

Şəhərimizin səhiyyə müəssisələri yenidən qurulur, maddi-texniki bazaları möhkəmləndirilməklə kadr potensialı gücləndirilir. İndi Gəncə regionun səhiyyə mərkəzinə çevrilir. Gəncədə görülən işlər bununla məhdudlaşmır, keçən ilin dekabr ayının 5 və 6-da Aşurə günü ərəfəsində Gəncə şəhərində ictimai asayişin sivil qaydada qorunması ilə dini təriqətlərin əvvəlki son 20 ildəki kimi insanları cəhalətə çəkmək əməllərinə son qoyuldu. Aşurədə iştirak etmək istəyənlərə münasib mədəni şərait yaradıldı. Eyni zamanda ziyanlı dini təriqətlərin fəaliyyətləri öz-özünə yox oldu. Həmin günlər şəhər əhalisi normal həyat tərzi yaşadı. Belə vəziyyət şəhər əhalisinin çox böyük əksəriyyətinin istəyi idi. Bütün bunlar onu göstərir ki, Gəncə yaxın illərdə Bakı kimi dünyanın inkişaf etmiş sivil şəhərləri ilə müqayisə ediləcək səviyyəyə qalxacaqdır. Bu sahədə aparılan təbliğat işlərində şəhər ziyalılarının və hüquq mühafizə orqanlarının, əsasən də Baş Polis İdarəsinin əməkdaşlarının xüsusi xidmətləri olmuşdur.     

Gəncə, şəhərində tikilməsi nəzərdə tutulan Avropada birinci olacaq kitabxananın layihəsi hazırlanır. Əlbəttə belə çox dəyərli kitabxananın istifadəyə verilməsi, məktəbəqədər müəssisələrdə, orta məktəblərdə və ali təhsil müəssisələrində tədrisin səviyyəsinin günbəgün yüksəldəcəkdir. Bunun nəticəsində  yaxın 50-100 il müddətində dövrünün Nizami Gəncəvi kimi korifeyinin və Heydər Əliyev kimi Öndərinin yetişməsinə əsaslı zəmin yaranacaqdır. Yaxın illərdə Gəncənin Şərqin ən gözəl şəhəri olmaqla yanaşı, həm də dünyada elmi, təhsili, mədəniyyəti, musiqisi, səhiyyəsi, idmançıları ilə seçilən bir şəhər olacağı heç kimdə şübhə yaratmır. İndi şəhər əhalisində Gəncədə işləməyə, yaşamağa, yaratmağa böyük həvəs yaranmışdır. Çünki şəhərdə görülən bütün işlər onların rifahı naminə edilir. Gəncə təkcə yenidən qurulmur. İndi hər bir gəncəlinin düşüncəsində vətənə məhəbbət, Dövlətçiliyinə sədaqət, təhsilə, elmə, mədəniyyətə, musiqiyə həvəsi artır, daha mənalı yaşamaq hissi, istəyi güclənir. Şəhər ictimaiyyəti içərisində olan və özü üçün təhlil aparan hər bir kəs bu qənaətdədir.  Bunlar Gəncənin bu günkü inkaredilməz reallığıdır. Gəncədə belə bir mühitin yaradılmasına görə şəhər əhalisi möhtərəm İlham Əliyevə və onun daxili siyasətini keyfiyyətlə yerinə yetirən  şəhər əhalisinin az müddətdə rəğbətini qazanmış cənab Elmar Vəliyevə minnətdarlığını bildirirlər. Belə  sözlər indi hər zaman Gəncənin hər tərəfində hər bir insandan eşidilir. Yeri düşmüşkən hesab edirəm ki, gələcəkdə Gəncə şəhərinin yaxınlığında şəhərdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Avropa təhsil müəssisələrinin standartlarına cavab verən bir şəhərcikdə yerləşdirilməsi daima məqsədəuyğun hesab edilə bilər. Eyni ilə də şəhərdə xəstəxanaların başqa bir şəhərcikdə birləşdirilməsi və müasir standartlara uyğun gələn bir mərkəzə çevrilməsi bölgə əhalisinin sevincinə səbəb olardı.

Sumqayıt şəhərində bu günlərdə kütləvi istehsalına başlanacaq Foto Elektrik Modulların, İstilik kollektorlarının və yüksək faydal iş əmsalına malik elektrik lampalarının yeni layihələrdə tətbiqi gənclərdə texniki tərəqqiyə marağı bir daha yüksəldəcəkdir.

Son illərdə respublikamızda icra olunan qlobal layihələr ümid verir ki, gələcəkdə qeyd edilən və onlardan da mükəmməl tədbirlər Gəncədə reallaşdırılacaqdır.

İnanırıq ki, dünyanın ən gözəl şəhəri sırasında Bakıdan sonra Gəncə də dayanacaqdır.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü