Modern.az

“Ermənistan davakar bəyanatlarla mülki insanlara qarşı hücumlara zəmin hazırlayır” - Hikmət Hacıyev

“Ermənistan davakar bəyanatlarla mülki insanlara qarşı hücumlara zəmin hazırlayır” - Hikmət Hacıyev

Ölkə

4 Noyabr 2020, 07:50

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın açıqlamasını şərh edib.

 

Modern.az xəbər verir ki, Hacıyev Naqdalyanın “Bəyan edirik ki, Artsax xalqı üçün ekzistensial təhlükə şəraitində Arstax hakimiyyəti və Müdafiə Ordusu öz əhalisini müdafiə etmək və düşmənə qarşı əks-hücum etmək üçün ayrılmaz hüquqa malikdir” sözlərinə cavab olaraq, bunları yazıb.

 

“Ermənistanın Xarici İşlər Nazirliyi belə bir davakar bəyanatla və uydurma rəvayətlərlə Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır.

 

Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq, Gəncə, Bərdə və s. şəhərləri “Smerç” və “SCAD” ballistik raketlərindən atəşə tutaraq əsl simasını nümayiş etdirdi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı