Modern.az

Koronavirusa görə ölüb-dirilən MƏŞHURLAR

Koronavirusa görə ölüb-dirilən MƏŞHURLAR

Mədəni̇yyət

7 Noyabr 2020, 08:54

Dünyanı çənginə almış koronavirus pandemiyası davam edir. Artıq virusunun  ikinci dalğasını yaşayırıq. Hər gün xəstələrin sayında artım müşahidə olunur. Mütəxəssislər belə hesab edirlər ki, xəstələrin sayı açıqlanan rəsmi rəqəmlərdən xeyli artıqdır.


Modern.az
xatırladır ki, koronavirusa yoluxanlar içərisində məşhurlar da var. Onlar arasında sağalanlarla yanaşı, dünyasını dəyişənlərin olduğu da məlumdur. Dünyada koronavirusdan vəfat edən məşhurların sayı kifayət qədər çoxdur.


Modern.az
koronavirusuna yoluxan məşhurlardan bəzilərini təqdim edir:


Koronavirusa ilk yoluxan məşhurlar arasında İngiltərənin baş naziri Boris Consun və Kanadanın baş naziri Castin Trüdorun həyat yoldaşı Sofi Qrequar Trüdo oldular. Onların pozitiv çıxan koronavirus testindən sonra müalicəsinin uğurla davam etdiyi və sağaldıqları bildirilib.


Son zamanlarda COVID-19 testi pozitiv çıxan siyasətçilər isə Amerika prezidenti Donald Tramp və Rusiyanın xarici işlər naziri Sergey Lavrov oldu. Qısamüddətli müalicədən sonra hər iki siyasətçi sağalaraq, işinin başına qayıda bildilər.   


Məşhur aktyor Tom Henks və həyat yoldaşı Rita Vilson da COVID-19-a yoluxublar. Onların koronavirus testinin pozitiv çıxması mətbuatda səs-küyə səbəb olmuşdu. Aktyor və həyat yoldaşı da pandemiyadan canlarını qurtara biliblər.


Braziliya prezidenti Jair Bolsonaru, İranın vitse-prezidenti İshak Cihangiri, Fransanın Mədəniyyət naziri Frank Riester, İngiltərə Səhiyyə nazirinin müavini Nadine Dorries, İran prezidentinin köməkçisi Məsumə Ebtekar, İtaliya Quru Qoşunları generalı Farina, Avropa İttifaqı Parlamentinin prezidenti David Maria Sassoli də COVID-19-dan müalicə alan məşhur siyasətçilərdir.


Koronavirusa yoluxması xəbəri mətbuatın gündəminə çevrilən məşhurlar arasında tanınmış klubların futbolçuları da yer aldılar. “Arsenal”ın texniki direktoru Mikel Arteta, “Yuventus”un ulduz oyunçusu Kriştianu Ronaldo, “Çelsi”nin topçusu Handson-Odoi, Türkiyəli məşhur futbolçu, “Fenerbahçe” klubunun qapıçısı olmuş Rüştü Rəcbər COVID-19-a yaxalananlar sırasında idilər.


Həmçinin, Pink kimi tanınan müğənni Alesia Bes Mure, aktrisa Olqa Kurilenko, ingiltərəli aktyor İdris Elba, aktrisa Reyçel Matyus, müğənni Şarlotta Lourens də koronavirusdan əziyyət çəkdilər.

Məşhur kamerunlu caz ifaçısı Manu Dibanqonun həyatını isə xilas etmək mümkün olmayıb.


Yaponiyanın tanınmış komediya ustası Ken Şimura da virusla mübarizə apara bilməyib, dünyasını dəyişib.


Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxan məşhurlardan xalq artisti Teymur Mustafayev dünyasını dəyişib. Əməkdar artist Bəhram Bağırzadə isə xəstəliyə qalib gələrək ölümdən dönüb.


Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır