Modern.az

ABŞ-ın Azərbaycandakı 9-cu səfiri - 4 övlad atası

ABŞ-ın Azərbaycandakı 9-cu səfiri - 4 övlad atası

Aktual

19 İyul 2012, 12:17

Sabah Riçard Morninqstarın andiçmə günüdür

Sabah Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə başlamaq üçün and içəcək.

Riçard Morninqstar and içdikdən sonra vəzifəsinin icrasına başlaya bilər. Yeni səfirin ölkəmizə yaxın həftələrdə gələcəyi gözlənilir.

Xatırladaq ki, prezident Barak Obama aprelin sonlarında Azərbaycana səfir postuna ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini irəli sürüb. İyunun 29-da ABŞ Senatı onun bu posta namizədliyini təsdiqləyib.

Modern.az ABŞ-nın Azərbaycana yeni təyin olunmuş səfiri haqqında qısa bioqrafik məlumatı oxucuların nəzərinə çatdırır.

Riçard Morninqstar 1945-ci ildə anadan olub. Harvardda kolleci və 1970-cı ildə Stanford hüquq məktəbini bitirib. 1970-cı ildən 1981-ci ilə kimi “Peap & Brown” hüquq firmasında işləyib.  Daha sonralar “Kostar” Korporasiyasında  çalışıb.  1990-cı ildən  korporasiyanın idarə heyətinin üzvü olub. 1998-ci  ilin iyul ayından Xəzər hövzəsinin enerji diplomatiyası üzrə prezidenti və dövlət katibinin xüsusi müşaviri təyin edilib. R. Morninqstar Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təşəbbüsçülərindən biridir. 1999-2001-ci illərdə R. Morninqstar Avropa Birliyində  ABŞ səfiri kimi çalışıb. “Nabukko” boru kəməri üzrə hökumətlərarası sazişin imzalanmasında ABŞ tərəfini təmsil edib. O, bu layihədə İranın iştirakına razılıq verməyib. 27 aprel 2012-ci ildən  ABŞ-ın Azərbaycandakı səfiri üçün namizədliyi irəli sürülüb. 2012-ci ilin iyun ayından  bu vəzifəni yerinə yetirməyə başlayıb.

Yeni səfir ailəlidir, onun iki oğlu, iki qızı var.

İndiyə kimi ABŞ hökuməti Azərbaycana 9  səfir təyin edib. İlk təyin olunmuş səfir Robert Finn 1992-ci ildə bir neçə ay ərzində bu postu tutub. Riçard Mayls 1992-ci ildən 1993-cü ilə kimi Amerikanın Azərbaycandakı səfiri olub. Digər səfirlər isə bu şəxslərdir: Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Haniş (2003-2006), Enn Dersi (2006-2009), Metyu Brayza (2011-2012) və nəhayət, 9-cu səfir Riçard Morniqstar.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü