Modern.az

Səfər Əbiyevin iki qəbulu

Səfər Əbiyevin iki qəbulu

Aktual

19 İyul 2012, 15:59

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin İcmalar Palatasının üzvü Layəm Foksu qəbul edib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər Əbiyev bu gün həmçinin ABŞ ordusunun Avropa Komandanlığının Quru Qoşunları Komandanı general-leytenant Mark Fillip Hertlinqi qəbul edib. Görüşdə Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələlərinin perspektivləri və bölgədə hərbi-siyasi vəziyyət müzakirə mövzusu olub.  

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü