Modern.az

Türkiyəli milyarder məzun törənində ağladı

Türkiyəli milyarder məzun törənində ağladı

Aktual

20 İyul 2012, 11:21

Dünən Türkiyənin İstanbul şəhərində  Özyegin Universitetində ilk məzun törəni olub. Mərasimdə universitetin qurucusu Hüsnü Özyegin sevindiyindən ağlayıb. H.Özgeyin bunu qurucusu olduğu universitetin məzun törənini görmək ona nəsib olduğu üçün ağladığını və özünü saxlaya bilmədiyini deyib. Məlumatı Modern.az saytının mərasimə qatılan əməkdaşı verib.

Qeyd edək ki, Türkiyəli iş adamı Hüsni Özgeyn 1944-cü ildə İzmir şəhərində anadan olub. Liseyi Robert Kolecində oxuyan Özgeyn daha sonra Amerikada mühəndislik ixtisasını bitirib.Oregon Əyalət universitetində İnşaat bölümündə təhsil alan iş adamı daha sonra iqtisadiyyata maraq göstərməyə başlayıb. Harvard universitetində master təhsil alan Özgeyn 3 il çalışdıqdan sonra yenidən Türkiyəyə qayıdıb. Artıq 1977-ci ildə Özgeyn “Pamukbank”ın müdiri vəzifəsində çalışıb. Daha sonra Yapı Kredi bankda müdir səlahiyyətlərini icra edib.

Hüsnü Özyeğin 1987-ci ildə  Yapı ve Kredi Bankdan ayrılaraq Finansbankı təsis edib. Fiba Şirkətlər Qrupunda  30-dan çox şirkəti olan Özyeğin  1996-cı ildə aldığı Gima ve Endini Sabancı Holdinqin 40 faizini şəriki Carrefoursaya satıb.

2005-ci ildə Forbes jurnalının milyarderləri siyahısına daxil olan Özgeyn 1 milyard 620 milyon dollarla dünya reytinqində 620- ci olub. 2009-cu ildə isə Forbes onu ən zəngin 100 türk arasında 2.9 milyard dollarlıq sərvəti ilə birinci yerə layiq görüb. Belə ki, həmin nəticələrə əsasən Özgeyn dünyanın ən varlı 221-ci iş adamıdır. 2010-cu ildə isə onun  sərəti 3 milyard dollara çatıb.

Xatırladaq ki, Hüsnü Özgeyn həmçinin Türkiyənin xeyriyyəçi iş adamlarındandır.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü