Modern.az

ABŞ Dövlət Departamentinin rəsmiləri Umud Rəhimoğlunun qonağı olublar

ABŞ Dövlət Departamentinin rəsmiləri Umud Rəhimoğlunun qonağı olublar

Aktual

20 İyul 2012, 17:25

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya İdarəsinin qaçqınlar üzrə regional koordinatoru Qreqori N. Qadnə və onun köməkçisi Eka Todria Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Görüşdən məqsəd   BAMF-ın fəaliyyəti ilə, xüsusilə regionlarda gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə yaxından tanış olmaqdan, ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərini  müzakirə etməkdən ibarət idi. Fondun sədri Umud Rəhimoğlu ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təşkilatın indiyədək gördüyü işlər, həyata keçirdiyi humanitar layihələr barədə qonaqlara ətraflı məlumat verib. U. Rəhimoğlu Azərbaycanın ən aparıcı qeyri-hökumət təşkilatlarından biri olan BAMF-ın dayanıqlılığının təmin olunmasında müstəsna rol oynayan ABŞ Dövlət Departamentinə minnətdar olduğunu bildirib.
BAMF-ın proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2010-cu ildə Tərtər rayonunda tikilib istifadəyə verilən Regional Peşə və Təlim Mərkəzində (PTM) qaçqınlara, məcburi köçkünlərə, müharibə qurbanlarına və onların ailə üzvlərin pulsuz təlimlər  vasitəsilə peşə bacarıqlarının aşılanması məsələri barədə məlumat verib.
 BAMF-ın gördüyü işlərə münasibət bildirən Qreqori N. Qadnə deyib: “Siz həqiqətən çox böyük və xeyirxah işlər görürsünüz. Hərtərəfli fəaliyyətiniz məndə geniş təəssürat yaratmaqla yanaşı, həm də məni təsirləndirdi. Sizin xüsusilə regionlarda həyata keçirdiyiniz humanitar missiyalı layihələrinizdən görün nə qədər ehtiyacı olan insan faydalanır. Bu sizin uğurunuzdur və mən inanıram ki, siz benefisiarlarınızın sayının daha da artmasına nail olacaqsınız”.
Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Cef Kudel və BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir görüşdə iştirak ediblər.
Xatırladaq ki, BAMF 2007-ci ildən ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin özəl tərəfdaşlıq proqramının üzvüdür.


Mod ern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü