Modern.az

Şəhid Elnur Pirseyidov dəfn olunub - FOTO

Şəhid Elnur Pirseyidov dəfn olunub - FOTO

Aktual

29 Noyabr 2020, 20:27

Bu gün Qusar igid oğlu-Şəhid Elnur Nasir oğlu Pirseyidovun cənazəsini xüsusi coşqu ilə qarşılayıb.

 

Modern.az xəbər verir ki, Şəhidin cənazəsi doğulduğu Avaran kəndinə-ata evinə gətirilib. 27 yaşlı Elnur Pirseyidovun vida mərasimində rayon ictimayyətinin nümayəndələri, icra, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəsmiləri və kənd sakinləri iştirak ediblər.

 

Şəhid Elnur Pirseyidov Avaran kənd qəbristanlığında dəfn edilib.

 

Qusar İH başçısı Şair Alxasov şəhidin cənazəsinə bükülmüş Azərbaycanın üçrəngli Bayrağını şəhidin atası Nasir Pirseyidova təqdim edib və Elnurun Vətən Müharibəsinə öz layiqli töhfəsini qatdığını deyib.

 

Qeyd edilib ki, Elnur Pirseyidovun keçdiyi şərəfli həyat yolu gənclərimizə gözəl nümunədir.

 

Xatırladaq ki, 27 yaşlı Elnur Pirseyidov evli olub, 8 aylıq qız övladı ondan yadigar qaldı. Ruhu şad olsun!

 

Aytəkin Alxaslı, Jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü