Modern.az

Bu stadiona Maradonanın adı veriləcək

Bu stadiona Maradonanın adı veriləcək

Aktual

30 Noyabr 2020, 01:00

İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna əfsanəvi Dieqo Maradonanın adı veriləcək.

 

Modern.az xəbər verir ki, bunu Neapolun meri Luici de Madjistris açıqlayıb.

 

O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib: “Bir çox möhtəşəm ideyalar var idi. Amma yekunda bu ad olacaq: Dieqo Armando Maradona stadionu”.

 

Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən əfsanəvi futbolçu Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü