Modern.az

“YAŞAT”a ianələrin köçürülməsi imkanları genişləndirildi

“YAŞAT”a ianələrin köçürülməsi imkanları genişləndirildi

10 Dekabr 2020, 10:03

“YAŞAT” Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

 

Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (//gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

 

Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (//vxsida.gov.az/az/article/1484) yerləşdirilib.

 

“YAŞAT” Fondunun bank rekvizitləri

 

Bankın adı:

Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filial

Bankın ünvanı:

Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Tağıyev küç. 3

Bankın telefonları:

(+99412) 937

Kod:

805722

VÖEN:

1701393691

Müxbir hesab:

AZ03NABZ01350100000000002944

S.W.İ.F.T Cod:

IBAZAZ 2X

Benefisiarın adı:

YAŞAT FONDU

VÖEN:

1701393691

Hesablaşma hesabları:

 

AZN

AZ76IBAZ38090019447968925204

TRY

AZ98IBAZ38190019497968925204

USD

AZ66IBAZ38190018407968925204

EUR

AZ46IBAZ38190019787968925204

RUR

AZ83IBAZ38190018107968925204

GBP

AZ61IBAZ38190018267968925204

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü