Modern.az

Xocalının deputatı: “Tezliklə doğma torpaqlarımıza qayıdacayıq”

Xocalının deputatı: “Tezliklə doğma torpaqlarımıza qayıdacayıq”

Parlament

12 Dekabr 2020, 14:39

Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulur.

 

Mövzu barədə Modern.az-a Xocalı rayonundan olan deputat Elman Məmmədov danışıb:

“Verilən təklifləri yüksək səviyyədə qiymətləndirirəm. Bunlar çox gözəl arzu və istəklərdir. İnşallah, hamısını mərhələli şəkildə həyata keçirəcəyik”.

 

Deputat tezliklə Xocalıya qayıdacaqlarına ümidini ifadə edib.

“Tezliklə biz Xocalıya, doğma torpaqlarımıza qayıdacayıq. Xocalı şəhidlərinə abidələr ucaldılacaq, muzeylər yaradılacaq, anım yerlərimiz olacaqdır. Həmçinin, azad olunmuş digər rayonlarımızda eyni tədbirlər görüləcək”.

 

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü