Modern.az

London Olimpiya oyunlarının nəticələri mobil telefonunuzda

London Olimpiya oyunlarının nəticələri mobil telefonunuzda

30 İyul 2012, 11:35

Nar Mobile abunəçilərinə yeni mobil xidmət növünü təqdim edir

Nar Mobile mobil operatoru, Azərbaycanın Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşı, London 2012 Olimpiya oyunları ilə əlaqədar öz abunəçilərinə yeni xidmət növünü təklif edir. Belə ki, yeni SMS xidmətinə abunə olan Nar Mobile abunəçiləri Olimpiya oyunları müddətində yarışlar haqqında yenilikləri, nəticələri və digər məlumatları əldə edə biləcəklər. Xidmətə qoşulmaq üçün abunəçi START AZE yazaraq, 2012 qısa nömrəsinə mesaj göndərməklə, Azərbaycanın Olimpiya yığmasının nəticələri ilə tanış olmaq imkanını əlde edecekdir. Abunəçilər digər xidmət seçimləri ilə tanış olmaq üçün isə HELP sözünü 2012 qısa nömrəsinə göndərməlidirlər. Abunəçi xidmətden çıxmaq istədiyi təqdirdə isə eyni nömrəyə STOP AZE göndərməlidir. Xidmət haqqı cəmi 1 AZN təşkil edir  
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü