Modern.az

Şəhid Rəşad Mikayılzadənin oxuduğu məktəbə adının verilməsi təklif olundu - VİDEO

Şəhid Rəşad Mikayılzadənin oxuduğu məktəbə adının verilməsi təklif olundu - VİDEO

Təhsil

19 Dekabr 2020, 09:30

Şəhid Rəşad Mikayılzadənin oxuduğu məktəbə adının verilməsi təklif edilib.

 

Modern.az-ın məlumatına görə təkliflə bağlı Təhsil Nazirliyinə müraciət olunub:

 

Məlumata görə məktəb kollektivi və valideynlər, şəhid Rəşad Mikayılzadənin adının 311 nömrəli məktəbə verilməsi üçün nazirliyə müraciət ünvanlayıb.

 

Bildirilir ki, R.Mikayılzadə 311 nömrəli məktəbin seçilən məzunlarından olub. Vətən Müharibəsində qəhrəmanlıqla döyüşüb. Onun adının 311 nömrəli məktəbə verilməsi xatirəsinin əbədiləşdirilməsi üçün uğurlu addım olacaq.

 

Qeyd edək ki, Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyətə başlayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü